Tənzilə Rüstəmxanlı: Saxta profillərə görə məsuliyyət artırılmalıdır

Tənzilə Rüstəmxanlı: Saxta profillərə görə məsuliyyət artırılmalıdırXəbər verdiyimiz kimi, 16 yaşı tamam olmamış şəxslərin sosial platformalarda fərdi rəqəmsal hesab yaratmasına icazə verilməyəcək.
Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna təklif edilən dəyişikliklərə əsasən, sosial platformalarda qeydiyyatla bağlı yeni tələblər müəyyənləşdirilir.
Layihəyə görə, 16 yaşı tamam olmamış şəxslərin sosial platformalarda fərdi rəqəmsal hesab yaratmasına icazə verilməyəcək. Yaş məhdudiyyətinin tətbiq ediləcəyi platformaların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.
Bununla yanaşı, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr nəzərdə tutulur. Layihəyə əsasən, tələb olunan məlumatların müvafiq quruma təqdim edilməməsi, təqdimetmə müddətinin pozulması, yaxud natamam və ya təhrif olunmuş məlumat verilməsi hallarında vəzifəli şəxslər 6–7 min manat, hüquqi şəxslər isə 15–20 min manat məbləğində cərimə ediləcəklər.
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı azxeber.com-a açıqlamasında deyib ki, informasiya cəmiyyətləri milli iradə ilə idarə olunmayanda, təhlükəli tendensiyalara gətirib çıxarır:
Tənzilə Rüstəmxanlı: Saxta profillərə görə məsuliyyət artırılmalıdır"Bu gün dünya informasiya cəmiyyətləri ilə idarə olunur. Bu informasiya cəmiyyətləri də milli iradə ilə idarə olunmayanda, təhlükəli tendensiyalara gətirib çıxarır. Ona görə də belə bir vacib sektorun, sferanın tənzimlənməsi üçün mütləq hüquqi çərçivə, hüquqi baza yaradılmalıdır. Sosial mediada, sosial şəbəkələrdə qeydiyyatdan keçən şəxslər həm yetkinlik yaşında olmalı, həm də onların şəxsiyyəti müəyyənləşməlidir ki, hər kəs yaydığı və paylaşdığı yazılarda, materiallarda məsuliyyətli olsun. 
Bu, elə bir məkandır ki, heç də hamı hər kəsi tanımır, xüsusilə də, saxta profil istifadəçiləri olduğu təqdirdə, kimdənsə məsuliyyət gözləmək və tələb etmək mümkün olmur. Bunun üçün mütləq məsuliyyət olmalıdır. Bu sfera özlüyündə elə bir unikal sferadır ki, bu sektorun hüquqi cəhətdən tənzimlənməsi heç də bir anda mümkün olmur. Bu baxımdan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna təklif edilən yeni maddələr təqdirəlayiqdir və bu istiqamətdə islahatlar davam etdirilməlidir".
Parlamentari qeyd edib ki, sosial şəbəkələr real ictimai mühitimizin virtual mühitdə əksidir:
"Sosial şəbəkələr bizim real ictimai mühitimizin virtual mühitdə əksidir. Yəni birbaşa ictimai, mədəni münasibətlərimizə, siyasi münasibətlərimizə təsir edir. Ona görə də hər bir insan bütün platformalarda məsuliyyətli olmalıdır. Əks təqdirdə onlara hüququn tətbiqi zəruri olacaqdır. Necə ki, artıq bu tətbiq olunur, çox haqlı olaraq tətbiq olunur".
Şahanə Ziyad

Sosial       Tarix: 09 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Pensiyaya çıxdıqdan sonra işləyənlərlə bağlı qərar – 6 il sonra

Azərbaycanda pensiya yaşına çatdıqdan sonra işləməyə davam edən şəxslərin pensiyalarının yenidən hesablanması ilə bağlı yayılan xəbərlər maraqla qarşılanıb. Əmək fəaliyyətini davam etdirən pensiyaçılar işlədikləri müddətd

"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib. xəbər verir ki, Çingiz Bayramov cavabınd

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu barədə -a İdarədən məlumat verilib. Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 19-da Bakı v

Qızıl almağa tələsməyin – Diqqətçəkən proqnoz

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, ABŞ dollarının məzənnəsi və geosiyasi proseslər qızıl bazarına təsir göstərən əsas amillər olaraq qalır. Son aylarda investorlar arasında qiymətli metalın yenidən bahalaşacağ

"Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz" – Deputat

"Azərbaycan həm haqqını müdafiə edən, həm də dialoqa açıq olan ölkə kimi regionda sülh və əməkdaşlığın təminatçısı rolunu davam etdirir". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. xəbər verir ki, inzibati binanın açılışında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti iştirak ediblər. İki mərtəbədən ibarə

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər.az sonxabar hava xeberler bugun 2026