"Tərtər işi"nə görə həbs olunan Rahib Məmmədov kimdir?
"Tərtər işi" ilə bağlı həbs olunan Rahib Məmmədovun kimliyi ilə bağlı bəzi məlumatlar məlum olub.
APA xəbər verir ki, Rahib Məmmədov həbs olunana qədər ədliyyə mayoru rütbəsində hərbi hüquqşünas kimi xidmət edib. O, həmçinin Rahib Bəşər imzası ilə tanınan şairdir.
Rahib Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" və "Azərbaycan Bayrağı" mükafatları laureatıdır.
Onun "Həyat eşqi", "Sevgi dünyam", "Zirvəyə doğru" adlı kitabları nəşr olunub.
Xatırladaq ki, Rahib Məmmədov "Tərtər işi" ilə bağlı həbs olunub.
O, Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi və GROTTO Resort Azərbaycanda unikal əməkdaşlığa başlayır
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
"Bitcoin"in qiyməti 60 min dollardan aşağı düşüb
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
"Araz-Naxçıvan"ın yeni prezidenti o seçildi
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Son dəqiqə qərarı: Bu ölkədə prezident postu ilə vidalaşır
Xameneinin müşaviri sərt danışdı: "Cavab veriləcək!"
"Neftçi" Yuri Vernidubla bağlı qərar verdi
Paşinyan Ukraynanın bərpasına... "Kiyev" körpüsündən başladı - FOTOLAR
Xəzər insanları "udur": batmamaq üçün nə etməli?
Yayın istilərində ürək sağlamlığı üçün 5 həyati xəbərdarlıq
DÇ-2026: Fransa və Seneqaldan darmadağın
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var
Tanınmış alpinist infarkt keçirdi