Tərtərdə avtomobil yolunda hərəkəti məhdudlaşdıran şəxs məsuliyyətə cəlb edildi
Tərtər rayonu ərazisində avtomobil yoluna günəbaxan tumlarının səpilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
DİN Mətbuat Xidmətinin regional qrupundan azxeber.com-a bildirilib ki, Bayandurlu kəndi ərazisindən keçən avtomobil yoluna günabaxan tumları səpərək hərəkəti məhdudlaşdıran şəxsin rayon sakini, 1975-ci il təvəllüdlü Ayaz Məmmədov olması müəyyən edilib.
Görülmüş tədbirlərlə A.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.
DİN bir daha vətəndaşlara müraciət edərək bildirib ki, yolların təmiz saxlanılması, hərəkətin təhlükəsizliyinin təmin olunması ümumi məsuliyyətdir. Yolun hərəkət hissəsinə müxtəlif əşyaların, o cümlədən məişət və kənd təsərrüfatı məhsullarının yığılması qəza təhlükəsi yaradır və qanunla qadağandır.

ABŞ-la danışıqlarda geri çəkilməyəcəyik - Tehran
ABŞ-də festival qanla bitdi - 3 nəfər öldü
Neft ucuzlaşdı
Konfrans Liqasının oyunu azərbaycanlı hakimə tapşırıldı
Arda bu oyunçuya görə "Real"dan ayrıla bilər
"Əgər buna imkan versək, Türkiyə də bunu istəyəcək" - Yair Lapid
Zaxarova: KTMT-nin Qarabağ münaqişəsinə qoşulması mümkün deyildi
Ukrayna Kerçə zərbə endirdi: yaralılar var
Çaya tullanan gənc faciəvi şəkildə ÖLDÜ
Abşeronda binada partlayış: Sakinlər təxliyə edilir
ÇL: "Sabah"ın çətin Finlandiya səfəri
Emmanuel Addaininin yeni klubu bəlli oldu
Daşkəsəndə "Niva" aşdı - Xəsarət alan var
Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay
İcazəsiz bazadan qaçdı, futbolçuları təhqir etdi