Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?

Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?Ötən ilin dekabr ayının 25-də baş verən məlum təyyarə qəzasının səbəbləri ilə bağlı araşdırma hələ də davam edir. Təyyarə qəzası ilə bağlı açıqlanan hesabatdan sonra Rusiya ilk reaksiyanı verdi. Rusiya tərəfi AZAL-ın təyyarəsində aşkar edilmiş yad elementlərin nümunələrini hələ də almayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya telekanalına ölkənin aviasiya xidmətindəki mənbədən bildirib.
Mənbənin sözlərinə görə, aşkar edilmiş nümunələrə çıxış imkanı olmadığına görə, xarici KİV-lərin təyyarənin "Pantsir" Hava Hücumundan Müdafiə raket sistemindən vurulması ilə bağlı iddiaları, ən azı, əlavə araşdırma tələb edir.
Göründüyü kimi, Rusiya indidən faktlardan yayınmaq, inkardan gəlmək yolu tutur. Azərbaycan tərəfin israrlı tələblərinə baxmayaraq, rəsmi Moskva hələ də ondan gözlənən addımları atmır.
Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?Əli Mustafayev
Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, Rusiyanın törətdiyi bu cinayət ilk gündən cəmiyyətdə böyük reaksiyaya səbəb oldu:
"Azərbaycan cəmiyyəti və dünya ictimaiyyəti anlayırdı ki, təyyarə qəzası təsadüfən baş verməyib. Rusiya Hava Hücumundan Müdafiə sistemlərinin əməlləri nəticəsində təyyarə ağır şəkildə zədələnib, sonra isə çox uzaq məsafəyə uçmaq məcburiyyətində qalıb. Təyyarə ekipajının cəsarəti, peşəkarlığı sayəsində sərnişinlərin bir qisminin həyatını xilas etmək mümkün oldu. Təyyarənin harada və kim tərəfindən vurulmasından asılı olmayaraq onun Rusiya ərazisinə eniş etməsinə imkan verilməli idi. Lakin bu baş tutmadı. İlk andan Rusiya qəzanın səbəblərini təkzib etməkdə davam edirdi. Bütün bunlar onu deməyə əsas verir ki, bu daha öncədən planlaşdırılmış bir hadisə idi. Rusiya heç bir halda əməlini üzərinə götürmək istəmədi. Çünki bu etiraflar zəncirvari olayları aşkara çıxardacaqdı. Təyyarə qəzasının sadə bir qəza olmadığından xəbər verir. Rusiya mətbuatı üçün ənənəvi olan situasiya ilə qarşılaşdıq".
Siyasi şərhçinin sözlərinə görə, Rusiya siyasi və hərbi dairələri əslində həmin gün nə baş verdiyini çox yaxşı bilirlər:
"Ona görə də onlara hansısa elementlərin təqdim olunmasına, araşdırmalarla bağlı hansısa məlumatların verilməsinə ehtiyac yoxdur. Çünki hadisə Rusiyada elə bu ölkəyə aid Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən baş verib. Bütün proseslər rəsmi Moskvanın siyasi iradəsi ilə baş verir. Rusiya üzrxahlıqla yanaşı təzminat da ödəməli, səbəbkarların cəzalandırılmasını həyata keçirməlidir. Bu baş vermədiyi halda Azərbaycan məsələnin aydınlaşdırılması üçün beynəlxalq məhkəmələrə müraciət edə bilər. Bütün məsuliyyət Rusiyanın üzərindədir".

Siyasi       Tarix: 06 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Blu

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. KONKRET.azAZƏRTAC-a istinadən bildirir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanı

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizi

Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa Siyas

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

Ermənistan 2029-cu ildə BMT-nin İqlim Dəyişikliyi üzrə 34-cü Konfransının (COP34) keçirilməsi üçün öz namizədliyini irəli sürüb. KONKRET.azxəbər verir ki, bu barədə ətraf mühit naziri Ambarsum Matevosyan COP31 çərçivəsind

Azərbaycan Prezidenti Dublində rumıniyalı həmkarı ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimi

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb

Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib. O qeyd edib ki, noyabrın 12-d


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeber xəbər bu gunun xeberleri xeber.az