"Təzyiq komandanın yox, mənim üzərimdə olmalıdır" - Adrian Mutu

"Bu gün meydana qələbə qazanmaq üçün çıxdığımızı göstərdik".
KONKRET.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Adrian Mutu Türkiyənin "Beşiktaş" klubuna 1:2 hesabı ilə məğlub olduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis avrokuboklarla vidalaşmalarını rəqibin çox güclü olması ilə əlaqələndirib:
"Hesaba nəzər yetirməsək, ilk 55 dəqiqəni yaxşı keçirdik. Konfrans Liqasından kənarda qalsaq da, öz rənglərimiz uğrunda mübarizə apardıq. Xarakterli komanda yaratmaq istəyirik. Hətta şansın çox az olsa belə, klubuna və təmsil etdiyin rənglərə hörmətlə yanaşırsansa, sona qədər mübarizə aparmalısan. İki oyun dörd hissədən ibarət oldu. Bunun bir hissəsini biz qazandıq".
Baş məşqçi bəzi futbolçuların zədəli olmasına baxmayaraq, yaxşı mübarizə apardıqlarını düşünür:
"Əlimizdə olan silahlarla mübarizə apardıq. Strategiyaya nəzər yetirsək, gücümüzdən səmərəli yerinə yetirdik. "Beşiktaş"ın ehtiyatında 12, bizim isə 5 futbolçumuz var idi ki, xidmətindən yararlana bilərdik. Oyunçu sayı az olmasına baxmayaraq, bura turist kimi gəlmədiyimizi göstərdik".
Artıq avrokuboklarla vidalaşdıqlarını vurğulayan 44 yaşlı mütəxəssis bundan sonra çempionata daha rahat hazırlaşacaqlarını deyib:
"Mövsümün startında oyunçularım çox yoruldular, enerji itirdilər. İndi istirahətə də vaxt ayırmağa çalışacağıq. Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədə qısa təlim-məşq toplanışı keçəcəyik. Bununla da çempionat görüşlərinə tamamilə köklənəcəyik".
O, komandanın "sükanı arxası"nda olduğu 6 qarşılaşmanın cəmi birində qələbə qazanmalarına da münasibət bildirib:
"Bunun təzyiqi komandanın yox, mənim üzərimdə olmalıdır. Yaxşı təlim-məşq toplanışı keçməmələri onların günahı deyil. Sadəcə, sakitləşməli və istədiyim şeylərə inanmalıdırlar. Onlar yaxşı formaya düşdükdən sonra fərqli "Neftçi" görəcəksiniz".
Qeyd edək ki, komandalar arasında Bakıda reallaşan ilk oyunda "Neftçi" 1:3 hesabı ilə məğlub olub.

İdman       Tarix: 18 avqust 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin


azerbaycan xeberleri son xeberler yeni xeberler krimnal xeber valyuta mezenesi xeberler bu gun novruz bayramı