"The Rolling Stones" yeni albom buraxacaq
"The Rolling Stones" yeni albom buraxacaq
Əfsanəvi rok qrupu "The Rolling Stones" oktyabrın 20-də yeni studiya albomunu təqdim edəcək.
Bu barədə qrupun ifaçısı Mik Caqqer aparıcı Cimmi Fallonun "YouTube"da yayımlanan verilişində bildirib.
"Biz bu gün "Angry" adlı yeni sinqlı və onun videoklipini təqdim etmək üçün buradayıq. Bu, "Hackney Diamonds" albomunun ilk sinqlıdır və oktyabrın 20-də satışa çıxarılacaq", - Caqqer məlumat verib.
Qeyd edək ki, "Hackney Diamonds" qrupun barabançısı Çarli Uottsun 2021-ci ildəki vəfatından sonra buraxılan ilk albom olacaq. Bu həm də 18 ildən sonra orijinal mahnılara malik birinci albomdur.
Qeyd edək ki, 80 yaşlı Caqqer, 79 yaşlı Riçards və 76 yaşlı Vud hələ də çıxışlarına davam edirlər.
Mənbə: TASS / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var