Tofiq Babanlı vəfat etdi - FOTO

Tofiq Babanlı vəfat etdi - FOTOGənclər və İdman Nazirliyinin sabiq əməkdaşı Tofiq Babanlı vəfat edib.
Nazirliyin mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar bədən tərbiyəsi və idman xadimi Tofiq Babanlı 85 yaşında ikən vəfat edib.
Tofiq Xanlar oğlu Babanlı 14 fevral 1937-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda davam etdirib.1960-cı ildə institutu bitirdikdən sonra Bakı Uşaq Gənclər İdman Məktəbində boks üzrə məşqci-müəllim kimi əmək fəaliyyətinə başlayıb.
Uzun illər müxtəlif idman cəmiyyətlərində və Yüksək İdman Ustalığı Məktəbində baş məşqçi vəzifəsində çalışıb. Respublika yığma komandasına rəhbərlik edib. Yetirmələri 12 dəfə SSRİ çempionatı və birinciliklərinin qalibi və mükafatçısı olublar. Yetirməsi Kamal Babayev 1965-ci ildə Azərbaycan boks tarixində ilk dəfə olaraq, gənclərin Avropa kuboku yarışında qızıl medal qazanıb.
1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda pedoqoji fəaliyyətə başlayıb. 30-a yaxın elmi-metodiki əsərin, tədris vəsaitinin müəllifi olub. 1999-cu ildə dosent elmi adına layiq görülüb.
1952-1962-ci illərdə boks idman növü ilə fəal məşğul olub. Dəfələrlə Azərbaycan çempionu, SSRİ həmkarlar ittifaqı mərkəzi şurası spartakiadasının gümüş, SSRİ tələbələri universiadasının qızıl medalını qazanıb. Dəfələrlə beynəlxalq yarışların qalibi olub.
Yüksək idman nailiyyətlətləri və əmək fəaliyyətinə görə SSRİ idman ustası (1958), Azərbaycan Respublikasının Əməkdar məşqçisi (1965), Ümumittifaq dərəcəli hakim (1980), Beynəlxalq dərəcəli hakim (1995), Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi (1997), Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi (2006) adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2002-ci il tarixli sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib. 5 noyabr 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
1993-1996-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində, 1996-2012-ci illərdə isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb. Üzun müddət Azərbaycan Boks Federasiyasının baş katibi olaraq bu idman növünün inkişafına xidmət edib.
Allah rəhmət eləsin.
Tofiq Babanlı vəfat etdi - FOTO

İdman       Tarix: 10 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Millimiz dünya çempionatına qələbə ilə başladı

Azərbaycan millisi Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında mübarizəyə başlayıb. KONKRET.azAZƏRTAC-a istinadən xəbər verir ki, U-16 yığmamız Bakı Kristal Zalında Timor-Leste komandas

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeberleri xəbərlər.com dunya xeberleri hava