Tofiq Bəhramov stadionu "Qarabağ"ın oyununa hazırdır? - AÇIQLAMA
"Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu "Braqa"ya qarşı keçirəcəyi oyun üçün son tamamlanma işləri görülür".
KONKRET.az bildirir ki, bu barədə "Report"a açıqlamasında arenanın direktoru Tələt Məmmədov məlumat verib.
O bildirib ki, hazırda stadionda hər şey qaydasındadır, heç bir problem yoxdur.
T.Məmmədov arenada ötən ilin dekabrında uçan dam örtüyünün bərpası ilə bağlı Türkiyədən sifariş verilən tavanın nə zaman gətiriləcəyinin hələ dəqiq bilinmədiyini sözlərinə əlavə edib:
"Bu, müəyyən zaman tələb edir. Bu işlə sığorta şirkəti məşğuldur. Çünki stadion sığortalanmışdı. Nə zaman gətiriləcəyi barədə hələ dəqiq informasiya yoxdur".
Qeyd edək ki, fevralın 22-də keçiriləcək "Qarabağ" – "Braqa" oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında Portuqaliyada baş tutan ilk görüşdə Azərbaycan çempionu 4:2 hesablı qələbə qazanıb.

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto