Tolik Xəzər TV-dən getdi: 'Ayrılmağımın səbəbi
Prodüser Tarix Əliyev (Tolik) aparıcı kimi çalışdığı Xəzər TV-dən ayrılıb.
Azxeber.com xəbər verir ki, o işdən ayrılması haqda paylaşım edib.
"Nəhayət ki, 5 ilə yaxındır çalışdığım, məni sizə daha yaxından tanıtdıran doğma "Xəzər"imizdən ərizəmi yazaraq uzaqlaşıram. Bu müddət ərzində ola bilər ki, hansısa yalnışlıqlarım oldu. Peşəkar aparıcı və jurnalist olmasam da, bu illər ərzində bir çox peşəkar aparıcılar qarşısına çıxıb, onlara reytinqdə öz sözümü deməyi bacardım. Bunu kim dansa da, televiziya əməkdaşları çox yaxşı bilir.
Siz tamaşaçıların mənə olan sevgisi və göstərdiyi diqqət sayəsində öz sözümü deməyi bacardım. Çünki hər aparıcı tamaşaçı sevgisini qazana bilmir.
Baxmayaraq ki, Murad Dadaşov vəzifəyə gələn ilk gün "Hər şey daxil" verilişi bağlandı, amma mən bugünə qədər "Xəzər" kanalının əməkdaşı olaraq hər ay əmək haqqımı aldım. Düşünürəm ki, bu gün də ərizəmi yazmasaydım, hələ uzun müddət də maaşımı alacaqdım".
O yaxın günlərdə "Tarixin bir günü" verilişi ilə efirə qayıdacaq: "Mən, əslində, peşəkar aparıcı deyiləm, prodüserəm, amma sahəm şou-biznes olduğuna belə layihələrdə uğur qazanmağa çalışıram. Əsas odur ki, ortada qalmadım. Yeni bir iş təklifim var. "Tarixin bir günü" adlı yeni verilişlə izləyicilərin qarşısına çıxacam. Telekanalın adını yaxın vaxtda açıqlayacam".
Kurslar.az kurslar [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu