"Toplum TV" və "Abzas Media" işlərində - Yeni faktlar
"Toplum TV", "Abzas Media" və digərlərinin işi ilə bağlı istintaq araşdırması zamanı maraqlı faktlar üzə çıxır.
azxeber.com APA-ya istinadən xəbər verir ki, həbsdə olan şəxslərin etirafları "Toplum TV", "Abzas Media", Fakt Yoxla, lll Respublika Platforması və digər bu kimi layihələrin Qərb fondlarının birbaşa sifarişi ilə hazırlandığını göstərir.
Bu layihələrin maliyyə təminatı Qərb fondları tərəfindən müxtəlif üsullarla həyata keçirilib. İşçi təminatı və yerlərdə işin təşkili ilə bağlı məsələlər isə ölkədəki icraçılar tərəfindən təmin olunub.
Layihələrə kim rəhbərlik edib?
Azərbaycanda bütün bu layihələrin başında bilavasitə Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov dayanıb. O, bu strukturlara ümumi rəhbərliyi həyata keçirib. Məsələn, "Toplum TV"nin Ələsgər Məmmədli olsa da, bu layihəyə faktiki rəhbərliyi Akif Qurbanov edib. Çünki Akif Qurbanov xaricdəki koordinatorlarla əlaqə, maliyyə və təşkilati məsələlərin həllində əsas fiqur olub.
Akif Qurbanovun rolu və koordinasiya işləri...
Akif Qurbanov 2019-cu ildən 2023-cü ilə kimi layihələr üçün işçi seçimini belə özü həyata keçirib. Onun iştirakı üçün seçilən şəxslər üçün jurnalistika, hüquq, layihə menecerliyi və digər sahələr üzrə ödənişsiz təlimlər təşkil olunub. Daha sonra isə təlim iştirakçıları Toplum TV, Abzas Media, Fakt Yoxla kimi qurumlara, həm də "Azadlıq" və "Amerikanın səsi" radiolarına işə göndəriliblər. Təlimlərdə mentorluq edənlərin hər birinə bir təlim üçün 200 manat ödənilib.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır