Torres, Foqts, Santuş, meyxanaçı uşaqlar və Azərbaycan futbolu - Millimiz "D" liqasında

Torres, Foqts, Santuş, meyxanaçı uşaqlar və Azərbaycan futbolu - Millimiz Futbol üzrə Azərbaycanın milli komandası bu seçmə mərhələni də belə başa vurdu. Azarkeşlərə əsəb, stres, iztirab yaşadan milli, bir oyunda olsun qalib gələ bilmədi. Otuz iki ildir üzərində eksperimentlər aparılan Azərbaycan futbolunun bu qədər miskin duruma düşməsini xatırlamıram. Düzdür, əvvəlki seçmə mərhələlərdə də uğurlu nəticə əldə edilməyib. Amma millimizin seçmə mərhələni cəmi bir  xalla başa vurması əsl biabırçılıqdır.
Yadıma millinin ilk rəsmi oyunları düşür. O vaxt komandada mübariz əhval ruhiyyə olsa da, məşqçilər məğlubiyyətdə futbolçuların  beynəlxalq oyun təcrübəsinin olmadığını bəhanə gətirirdilər. Bu bəhanəylə özlərini sığortalayan o vaxtkı rəhbərlik, hər dəfə yığmanın məğlubiyyətinə bir don geydirsə də, nədənsə sabaha böyük inam var idi.
İdmansevərlər yenə ümid edirdi. Amma hər dəfə daha acınacaqlı, biri-birindən biabırçı məğlubiyyətlər qapımızı döyəndə biz yenə nikbin danışırdıq. "Hələ, futbolçuların beynəlxalq oyun təcrübəsinin olmaması" bizim üçün təsəlli idi. Azərbaycan futbolunda bir neçə nəsl dəyişsə də "beynəlxalq təcrübə" problemi dəyişməmişdi. Yenə böyük hesablı məğlubiyyətlərə görə başımızı aşağı dikirdik, qrupda sonuncu yerdən xilas ola bilmirdik. Azərbaycana dəvət olunan əcnəbi baş məşqçilər də bizimkilərin öhdəsindən gələ bilmədi. Karlo Alberto Torres Braziliya yığmasının heyətində dünya çempionu olanda ağlına da gəlməzdi ki, bir vaxtlar Azərbaycan adlı məmləkətdə sınıq-sökük milliyə rəhbərlik edəcək və karyerasında ən uğursuz dönəm yaşayacaq. 1996-cı ildə Almaniyanı Avropa çempionu edən Berti Foqts da Azərbaycana böyük ümidlərlə dəvət olunmuşdu. Amma almaniyalı məşqçi anlayanda ki, onun rəhbərliyi altında oynayan Oliver Birxov yox, Rahid Əmirquliyev, qapıdakı  Oliver Kan deyil meyxana ulduzu Kamran Ağayevdir artıq gec idi. Foqtsun  seçim imkanı nə gəzirdi? Ən yaxşılar elə meydanda biri-biriləriylə mırtlaşan zarafatcıl azərbaycanlı uşaqlar idi.
Foqts ayılanda ki, meydanı meyxana yarışmasına döndərən bu cocuqlar cəmi 20 dəqiqə mübarizə aparmağa qadirdir, alman sərtliyinə keçdi. Sonra həmkarlarımız Foqtsdan gileylənməyə başladılar ki, bəs bizim gülməşəkər balalarımız bu cür məşqlərə adət etməyib və uşaqlar millinin məşqlərində əzab çəkir. Foqts yaxasını cırmağa başlayanda ki, "ey məndən nəticə gözləyən adamlar, sizin futbolçuların ustalıq səviyyəsi aşağıdır və bunu düzəltməyin yolu millidə yox klublardadır". Onda ağızlar yenə büzüldü. Məlum oldu ki, millinin aparıcı oyunçusu çıxış etdiyi klubda ehtiyat oyunçular skamyasının daimi "sakiniymiş". Foqts futbolçulardan 6 saatlıq məşq tələb edəndə bizimkilər alman mütəxəssisə meyxanayla cavab verdilər. Oyundan əvvəl açılan qafiyəni böyük hesablı məğlubiyyətdən sonra rəqib özü qapayırdı. Beləcə, Azərbaycan futbolu hər il bir qədər də zəifləməkdə davam etdi. Azərbaycan azrkeşləri qonşu ölkələrin yığmalarının uğurlarına baxıb həsəd apardıqca AFFA rəhbərliyi yeni ideyalar fikirləşirdi.
Azərbaycan futbolu üçün "canı yanan" bu adamların heç birinin futboldan anlayışları belə yox idi. Futbola fitbol anlayışıyla yanaşanlar yeni eksperimentlər hazırlayır və heç bir effekt əldə edə bilmirdilər. Çünki məsələyə peşəkar yanaşma yox idi. Uşaq futolu bərbad gündə, aşağı yaş qrupları üzrə komandaların oyunları baxılası vəziyyətdə deyildi. 17-18 yaşına çatan bəzi istedadlı futbolçuların əksəriyyəti bir neçə ildən sonra futboldan ayrılmağa məcbur oldular. Bu məsələnin kökündə də peşəkarlıq dayanır. Klub komandaların əsasını legionerlər təşkil edir, klublarda çıxış edən yerli futbolçulara dəyərindən artıq vəsait verilir. Bütün bu və digər amillərdir Azərbaycan futbolunu bu günkü vəziyyətə salan. Millinin heyətində çıxış edən futbolçular arasında legioner həyatı yaşayan 1-2 futbolçu var. Onlar da ya çıxış etdikləri komandalarda ehtiyat oyunçular skamyasında oturur, ya da ümumiyyətlə heyətə düşə bilmirlər. Düzdür, Almaniyanın 2-ci bundesliqasında "Nrünberq"in heyətində Mahir Əmrəlini ara-sıra görmək olur. Bəs qalanları? Musa Qurbanov İsveçdə cəmi bir mövsüm duruş gətirə bilmədi. Digərləri isə Biləcəridən o tərəfə keçməyi bacarmayıblar. Milli komandaya isə portuqaliyalı Fernandu Santuş baş məşqçi gətirilir. Niyə? AFFA rəhbərliyi bilmir ki, Santuş futbolçu olmayan yerdə uğur qazana bilməyəcək? Onlar bəlkə güman edirlər ki, Santuşla bərabər Portuqaliya futbolu da Azərbaycana gələcək. Yanılışıqları təkcə Santuşun üzərinə qoymaq lazım deyil. Santuş dayaq müdafiəçisi rolunda meydana buraxmağa oyunçu tapmır. "Ən istedadlı" müdafiçilərimizin ustalığı isə göz önündəydi. Santuş adət etdiyi hücum futbolu oynatmağa hücumçu tapmır. Milli uşaq baxçasını xatırladır. Məğlubiyyətdən sonra ağlayan uşaqların xəcaləti başa düşüləndir. Onlar meydana uduzmağa çıxmırlar. Amma ustalıq səviyyələri aşağıdır və rəqibə müqavimət göstərə bilmirlər.
İsveçlə oyunu şərh edən həmkarımıza isə sanki Azərbaycan futbolunun biabırçılığını ört-basdır etmək tapşırığı verilmişdi. İki kəlməni bir-birinin ardına qoşub danışmaqda çətinlik çəkən adam Azərbaycanla İsveç futbolunu müqayisə etməklə sanki biarbırçı məğlubiyyəti sığortalamağa çalışırdı. Guya, İsveç futbolçularının qidalanması bizimkindən yaxşı imiş. Bəyəm Azərbaycan futbolçuları ac qalır? Şərhçi utanmaz-utanmaz  İsveç futbolçularının təlim-məşq şəraitinin bizimkilərədən yaxşı olduğuna da diqqət çəkir. AFFA-nın tezislərini höcələyə-höcələyə oxuyan şərhçi Azərbaycan millisi üçün yaradılan şəraiti, komanda üçün xərclənən milyonlar barədə niyə danışmır?  Azərbaycan millisinin  ən bahalı təlim-məşqlərdə iştirakı niyə yaddan çıxır? Bütün bunlar bəhanədir və Azərbaycan azarkeşinin gözündən yayınmır.
Vəli Həsənoğlu,
KONKRET.az

İdman       Tarix: 20 noyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

"Baş məşqçi sözünü tutmadı, layiq olmadığım aqressivlik gördüm"

Portuqaliya millisinin və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo milli komandadakı son hadisələrlə bağlı geniş açıqlama yayıb. KONKRET.azxəbər verir ki, ulduz futbolçu sosial şəbəkə hesabında paylaşım edərək millini

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin


son xeberler azerbaycan xeberleri yeni xeberler metbuat xeberleri xeberler bugun 2026 sou biznes