Toyda övladına görə DAVA SALDI - Məhkəmədə CƏZA ALDI
Kürdəmir rayonu, Şıxımlı kəndində yerləşən "Dan ulduzu" restoranında keçirilən toy məclisində dava salan şəxs hakim qarşısına çıxarılıb.
KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, xuliqanlıq hərəkətləri törətməkdə təqsirli bilinən 33 yaşlı Elnur hadisə zamanı sərxoş olub.
Elnur toy məclisində tanımadığı şəxsin onun 10 yaşlı uşağını itələdiyini görüb. Həmin şəxsi axtarmağa başlayıb. Tapa bilmədiyi üçün restoranda işləyən Asif adlı şəxsdən ona kamera görüntülərini göstərməsini istəyib. Asif bununla razılaşmayıb.
Qəzəblənən Elnur restoranda stulları və pəncərələrin şüşələrini yumruqla sındırıb. Onun istəyini yerinə yetirməyən Asifə isə yumruqla zərbə vurub.
Hadisə yerinə gələn polis əməkdaşları onu saxlayıblar. Zərərçəkmiş tərəf Elnuru bağışlayıb. Elnur isə əməlindən peşman olduğunu bildirib.
Məhkəmənin hökmü ilə Elnur barəsində 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Azərbaycanlı futbolçu "Qalatasaray"da
Renat Dadaşov Ukrayna klubuna keçdi
Bakıda qadın stəkanla döyüldü
Şahbuzda ağır qəza - 3 nəfər ölüb, 9 nəfər yaralanıb
Dünya bazarında neft bahalaşdı
"Liverpul" 18 yaşlı hücumçu aldı
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Zelenskinin ofisində axtarış aparıldı
Zelenski Rusiyanın zərbələrinə cavab hazırladıqlarını açıqladı
Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
Meloni İlham Əliyevə təşəkkür etdi
Bir stəkan su ilə dünyaya diplomatiya dərsi - Deputat yazır
Deputatlar məktəb illərini necə xatırlayır? - 'Müəllim məni döyürdü