Tramp Təşkilatının bank hesabları niyə bağlanıb? – "Capital One" ilk dəfə səbəbi açıqladı

ABŞ-ın "Capital One Financial" bankı Donald Trampın ailə biznesi olan "Trump Organization" tərəfindən qaldırılan iddiaya cavab verərək, şirkətin bank hesablarının siyasi səbəblərlə deyil, çirkli pulların yuyulmasına qarşı (AML) yoxlamalar nəticəsində bağlandığını bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Bankın məhkəməyə təqdim etdiyi sənədlərdə qeyd olunur ki, Tramp Təşkilatına məxsus 300-dən çox hesabın bağlanması aylarla davam edən təhlil və bankın çirkli pulların yuyulmasına qarşı mütəxəssislərinin apardığı araşdırmaların nəticəsi olub. Bildirilib ki, qərar bankın daxili siyasəti və tənzimləyici qurumların tələblərinə uyğun qəbul edilib.
Bununla belə, "Capital One" vurğulayıb ki, "Trump Organization"ı heç vaxt qanunsuz çirkli pulların yuyulmasında ittiham etməyib.
Xatırladaq ki, bank 2021-ci ilin martında Tramp Təşkilatına məxsus 300-dən çox hesabı bağlayacağını açıqlamışdı.
"Trump Organization" və Donald Trampın oğlu Erik Tramp isə 2025-ci ilin martında Florida federal məhkəməsində iddia qaldıraraq hesabların bankın "liberal ideoloji baxış" siyasəti və 6 yanvar 2021-ci il Konqres binasına hücumdan sonra yaranmış siyasi atmosfer səbəbindən bağlandığını irəli sürmüşdülər.
Hazırda "Capital One" məhkəmədən iddianın rədd edilməsini tələb edir.
Günay Əli 
KONKRET.az 

Sosial       Tarix: 03 avqust 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanınd

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasedicilər

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Bu həftə bürcləri nələr gözləyir? - Sevgi, pul…

19–25 oktyabr tarixlərini əhatə edən yeni həftə bürclər üçün fərqli hadisələrlə yadda qala bilər. Astroloji yozumlara görə, bəzi bürcləri sevgi həyatında xoş sürprizlər, digərlərini isə iş və maliyyə sahəsində mühüm qərarla

Qarabağ' – 'Neftçi' oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

"Qarabağ" – "Neftçi" futbol oyunu ərəfəsində və oyundan sonra insident törətməyə cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb. . DİN-in Mətbuat Xidmətindən -un sorğusuna cavab olara

Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var

Bakı–Şamaxı avtomobil yolunun Qobustandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Ilkin məlumata əsasən, "Audi" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb

Yavər Şıxəliyev vəfat etdi

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ild


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər havanın temperaturu azerbaycan son xeber bugun cebheden xeberler