"Trendyol" qiymətləri niyə qaldırıb? - Azərbaycanda özünə rəqib görmədiyi üçün…

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur onlayn alış-veriş şirkəti olan "Trendyol"un Azərbaycana məhsulların çatdırılma xidmətinin qiymətlərində artım olduğu iddia edilir.
Onlayn alış-veriş edən istehlakçılar çatdırılma xidmətinin qiymətinin geyimlərdən daha çox olduğunu bildirirlər.
Onu da əlavə edək ki, bir neçə ay öncə "Trendyol" Azərbaycana məhsulların çatdırılma xidmətində qiymət dəyişikliyi edib.
Şirkət qiymətləri 2.5 dəfə artırmışdı. 
Bəs, qiymətlərin durmadan bahalaşması nə ilə əlaqəlidir?
Məsələ ilə bağlı azxeber.com-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Türkiyədə alış-veriş qiymətləri həddindən artıq çox bahalaşıb:
"Türkiyədə alış-veriş qiymətləri həddindən artıq çox bahalaşıb. Düşünürəm ki, Türkiyənin turizm şirkətləri, onların biznesləri sürətlə çökəcək. Mən 3 gün öncə Türkiyədən gəlmişəm. 2 il öncə olduğum bir otelə yenidən getdim. Burada insanların sayı 50 faiz azalıb. Xidmət səviyyəsi aşağı düşüb. Ümumilikdə isə qiymətlər xeyli artıb. Bütün bunların hamısı Türkiyədə turizm işinə, eləcə də digər sahələrə mənfi təsir göstərəcək. Əlbəttə ki, ənənəvi ticarətlə, onlayn ticarət ciddi rəqabətdədir. Azərbaycanda məşhur onlayn alış-veriş şirkəti olan "Trendyol"a qarşı böyük qüvvələr var. Ənənəvi ticarətlə məşğul olanlar şübhəsiz ki, onların onlayn ticarətlə məşğul olanlara təsiri də var. Azərbaycan hökuməti də yəqin ki, ənənəvi ticarəti müdafiə etmək üçün ola bilsin ki, hansısa işlər görüb. Ona görə də qiymətlər qalxıb. Əlbəttə ki, insanlar, istehlakçılar bu yöndə ənənəvi ticarətə üstünlük verəcəklər".
Onlayn alış-verişdə qiymətlərin qəfildən artmasına reaksiya verən iqtisadçı ekspert Natiq Cəfərli azxeber.com-a açıqlamasında çatdırılma xərclərinin artmasının yanacaq qiymətinin artmasıyla əlaqəli olduğunu vurğulayıb:
""Trendyol"da çatdırılma xərclərinin artırılması dizel yanacağının qiymətinin artmasıyla əlaqəli ola bilər. Bu da anbarlara yüklərin daşınması, çatdırılmasının maya dəyərini də yüksəldir. Çox güman ki, çatdırılma xərclərinin qəfildən artması bununla bağlı bir məsələdir. Həm də Türkiyə ərazisində çatdırılma qiymətləri dəyişdirilməyib".
Mövzuyla bağlı azxeber.com-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov vurğulayıb ki, "Trendyol" şirkətindəki qiymət artımının bir çox obyektiv və subyektiv səbəbləri var:
"Trendyol"da ilk dəfə deyil ki, artım müşahidə olunur. Əvvəllər də müəyyən qədər artıb. May ayında da bununla bağlı artım olduğu təsdiqlənmişdi. Bu artımın da bir çox obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblərindən biri birmənalı olaraq əgər bütün istiqamətlərdə qiymətlər artırsa, inflyasiya öz sözünü deyirsə, istehsalda, xidmətdə, digər istiqamətlər, çatdırılma və logistika üzrə də qiymətlər artmalıdır. Burada daha bir məsələ var ki, "Trendyol" bu gün Azərbaycanda özü ilə mübarizə aparacaq rəqibi olmadığından subyektiv olaraq qiymət dəyişikliyi edə bilir. Bunu da təbii qarşılamaq lazımdır. Əgər hansısa bir təsərrüfat subyekti bazarda böyük ölçüdə rəqibsizdirsə, həmin subyekt o yerə qədər qiyməti qaldıracaq ki, artıq gəlirləri azalmağa başlayacaq. Görsə ki, digər bir rəqib qiyməti qaldırdı, tələb varsa, sifarişlər durmadan artırsa, o yenidən qiymətləri artıracaq. Amma görsə ki, sifariş həcmləri, ölçüləri kəskin şəkildə azalıb və bu da gəlirin azalmasına gətirib çıxarır, o zaman qiymət artımı dayanacaq. Əksinə azalmağa başlayacaqdır. Bir sözlə, bu prosesi bazar özü tənzimləyir".
Mikayıl Mirzəzadə 
Yazı Medianın İnkişafı Agentliyinin "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviq edilməsi" mövzusunda dərc edilib.

İqtisadiyyat       Tarix: 10 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Azercell-in "30 il səninlə" lotereyasında 2 abunəçi isə Toyota Corolla Cross qazandı

Azercell-in 30 illik yubileyinə həsr olunan "30 il səninlə" lotereyasında hədiyyə sevinci davam edir! Fakturasız xətt abunəçiləri arasında 11 və 17 noyabr tarixlərində keçirilən növbəti iki tirajın nəticələrin

Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR

Noyabrın 12-də Marsol Group partnyorları "Galvier Menswear" kişi geyimləri mağazasının açılış mərasimində iştirak ediblər. xəbər verir ki, tədbir işgüzar və səmimi atmosferdə baş tutub. Açılış mərasimində "Galvie

Azərbaycanda dərmanlar ucuzlaşacaq

Azərbaycanda dərman vasitələrinin Tarif (Qiymət) Şurasının müəyyən etdiyi maksimal qiymətdən daha aşağı qiymətə satılması zamanı vergitutma məqsədilə bazar qiymətinin müəyyənləşdirilməsi qaydalarının dəyişdirilməsi təkli

Qızıl 2027-ci ildə də bahalaşacaq? – PROQNOZLAR

2027-ci ildə dünya bazarında qızılın qiymətinin yüksək səviyyədə qalacağı, lakin il ərzində müəyyən eniş və yüksəlişlərin yaşana biləcəyi gözlənilir. Beynəlxalq maliyyə qurumlarının proqnozları qiymətlərin gələcək istiqamət

PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

PAŞA Bankın təşkilatçılığı ilə "Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları" mövzusunda tədbir keçirilib. Tədbirdə ölkəni

Azərbaycanda ən çox qazananlar bu sahələrdə çalışır

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Trend-ə istinadla xəbər veri

IMF: Azərbaycan, Qazaxıstan və Türkmənistan geosiyasi çağırışlar fonunda fayda əldə edəcək

Potensial geosiyasi və iqtisadi risklər Mərkəzi Asiya regionunun neft ixrac edən ölkələrinə, ilk növbədə, Azərbaycan, Qazaxıstan və Türkmənistana müsbət təsir göstərəcək. xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd

Biznes krediti seçərkən diqqət edilməli əsas 7 məqam

Sahibkar biznesini inkişaf etdirmək, yeni avadanlıqlar əldə etmək, məhsul ehtiyatını artırmaq və ya fəaliyyət sahəsini genişləndirmək üçün əlavə maliyyə vəsaitinə ehtiyac duya bilər. Biznes krediti bu planları həyata keçirməy


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbər apa.az xeberler valyuta mezennesi banklar xeberler azerbaycan