Tullantılar necə biznesə çevrilir? - "Tullantıların biznesi" kitabı nəşr olundu

Tullantılar necə biznesə çevrilir? - Dövlət idarəetməsi üzrə fəlsəfə doktoru (PhD) Ayaz Salmanovun müəllifi olduğu "Tullantıların biznesi: Dairəvi iqtisadiyyat və davamlı gələcək" adlı yeni kitab işıq üzü görüb.
azxeber.com xəbər verir ki, Təşəbbüslər və Layihələr Mərkəzinin (TLM) direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru (PhD) Ceyhun Osmanlının layihə rəhbərliyi ilə ərsəyə gələn kitabda tullantıların idarə olunmasının iqtisadi əsasları, dairəvi iqtisadiyyat prinsipləri və resurslardan səmərəli istifadə yanaşmaları geniş şəkildə təhlil olunur.
Müəllif kitabda ənənəvi "al, istifadə et, at" modelinə alternativ olaraq dünyada geniş tətbiq olunan dairəvi iqtisadiyyat yanaşmasını Azərbaycan oxucusu üçün sistemli və praktik formada təqdim edib.
Kitabın diqqətçəkən cəhətlərindən biri tullantılara yalnız ekoloji problem kimi deyil, iqtisadi dəyər yarada bilən resurs kimi yanaşılmasıdır. Nəşrdə müxtəlif tullantı növlərinin idarə olunması, təkrar istifadə və təkrar emal imkanları, eləcə də bu sahədə tətbiq olunan beynəlxalq təcrübə və biznes modelləri geniş şəkildə izah edilib.
Tullantılar necə biznesə çevrilir? - Müəllif vurğulayıb ki, tullantının yaranmasının qarşısının alınması tullantıların idarə olunması iyerarxiyasında ən yüksək prioritet hesab olunur. Bununla yanaşı, materialların dövriyyəyə qaytarılması resurslardan daha səmərəli istifadəyə, enerji sərfiyyatının və karbon emissiyalarının azalmasına mühüm töhfə verir.
Niyə məhz "Tullantıların biznesi"?
Ayaz Salmanovun fikrincə, "tullantıların biznesi" ifadəsi ilk baxışda ziddiyyətli görünə bilər. Ənənəvi yanaşmada tullantı xərc mənbəyi hesab olunsa da, müasir dairəvi iqtisadiyyat prinsiplərinə görə tullantı düzgün idarə edildiyi halda yeni iqtisadi dəyər yaradan resursa çevrilə bilər.
Kitabın əsas məqsədi dünya təcrübəsini, ən son texnologiyaları və uğurlu biznes modellərini Azərbaycan oxucusuna çatdırmaq, eyni zamanda onların yerli şəraitdə tətbiq imkanlarını göstərməkdir. Nəşr tullantıların idarə olunması sahəsində çalışan mütəxəssislər, sahibkarlar, dövlət qurumlarının əməkdaşları, müəllimlər, tələbələr və dairəvi iqtisadiyyatla maraqlanan hər kəs üçün praktik bələdçi kimi nəzərdə tutulub.
Tullantı problem deyil, imkandır
Ayaz Salmanov yazıb ki, dairəvi iqtisadiyyata keçid təkcə ekoloji məsuliyyət deyil, həm də iqtisadi inkişaf üçün yeni imkanlar yaradır. Kitabda beynəlxalq təcrübə və elmi yanaşmalar əsasında göstərilir ki, resurslardan səmərəli istifadə həm ekoloji yükün azaldılmasına, həm də yeni biznes və investisiya imkanlarının formalaşmasına xidmət edir.
Bundan əlavə, kitabda genişləndirilmiş istehsalçı məsuliyyəti (EPR), tullantıların iqtisadi dəyərə çevrilməsi mexanizmləri və bu sahədə praktik fəaliyyət planları da təqdim olunur.
Bir sözlə, "Tullantıların biznesi: Dairəvi iqtisadiyyat və davamlı gələcək" tullantıların idarə olunması, dairəvi iqtisadiyyat və resursların səmərəli istifadəsi sahəsində Azərbaycan dilində hazırlanmış praktik nəşrlərdən biri olmaqla, geniş oxucu auditoriyası üçün faydalı mənbə hesab oluna bilər.
Qeyd edək ki, "Tullantıların biznesi: Dairəvi iqtisadiyyat və davamlı gələcək" kitabının tərtibatçı-dizayneri Brilyant Məmmədova, redaktoru isə Toğrul Rəhimlidir.

Sosial       Tarix: 14 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı

Çində alimlər tərəfindən aparılan yeni elmi tədqiqat ev şəraitində içməli suyu təhlükəli mikroplastiklərdən təmizləməyin son dərəcə asan və effektiv yolunu üzə çıxarıb. Məlum olub ki, kran suyunu sadəcə qaynatmaq və xırd

Vo Thi An Suan ADNSU-da - FOTOLAR

Ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olub. Vitse-prezidenti səfər zamanı Preziden

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasedicilər

Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda zəncirvari yol qəzası olub. Hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb. Belə ki, "Hyundai", "Audi" və iki "Kia" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər; 2001-ci i

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyi


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər son xabar xeberler bugun 2026 hava durumu