"Turan Tovuz" "Araz-Naxçıvan"a qalib gəldi
Futbol üzrə Misli Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
KONKRET.az xəbər verir ki, "Araz-Naxçıvan" səfərdə "Turan Tovuz"un qonağı olub. Tovuz şəhər stadionunda oynanılan görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 86-cı dəqiqədə Hayderson Hurtado vurub. Qonaq komandanın müdafiəçisi İqor Ribeyro 48-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Bu qələbədən sonra xallarını 39-a çatdıran "Turan Tovuz" turnir cədvəlinin 4-cü pilləsindəki mövqeyini qoruyub. "Araz-Naxçıvan" isə 44 xalla ikinci sırada qərarlaşıb.
Günün son oyunu "Neftçi Arena"da keçiriləcək. Saat 19:00-da start götürəcək mərkəzi görüşdə lider "Qarabağ" "Neftçi"nin qonağı olacaq.
Hazırda 53 xalı olan Ağdam təmsilçisi turnir cədvəlinə başçılıq edir. Bakı klubu isə 24 xalla altıncıdır.
Qeyd edək ki, ötən gün XXIII turun açılış matçında "Zirə" səfərdə "Sumqayıt"a 3 cavabsız qolla qalib gəlib. Tura fevralın 17-də keçiriləcək "Kəpəz" – "Şamaxı" və "Səbail" – "Sabah" oyunları ilə yekun vurulacaq.
KONKRET.az

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var