Türk Dövlətləri Təşkilatının dini liderlərinin görüşü keçiriləcək

Türk Dövlətləri Təşkilatının dini liderlərinin görüşü keçiriləcəkQafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 11-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edib.
Bu barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verib.
Şeyxülislam A.Paşazadə Bağdad Amreyevi Azərbaycanda görməkdən şad olduğunu bildirib.
Amreyevin rəhbərlik etdiyi Türk Dövlətləri Təşkilatının böyük və dəyərli işlər gördüyünü qeyd edən QMİ sədri A.Paşazadə son illər türk birliyinin güclənməsi yönündə atılan addımların əhəmiyyətindən danışıb. Şeyxülislam A.Paşazadə Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında tarixi dostluq, qardaşlıq münasibətləri zəminində inkişaf edən və dərinləşən dini-mənəvi əlaqələrdən söhbət açıb. Azərbaycan Prezidenti İlham Əliyevin milli-mənəvi irsə qayğı və himayəsini yüksək qiymətləndirən QMİ sədri A.Paşazadə milli və mənəvi dəyərlərinə sadiq ölkəmizin ortaq tarixə malik, eyni dini-mənəvi dəyərləri bölüşən qardaş xalqların Türk Dövlətləri Təşkilatının yüksəlişi yönündə səylərini xüsusi qeyd edib.
Şeyxülislam B.Amreyevin onu ziyarət etməsini TDT Baş katibinin islam dininə ehtiramının təcəssümü kimi dəyərləndirib. Bildirib ki, Türk Dövlətləri Birliyinə üzv ölkələrin müsəlman dini liderləri dövlət başçılarımızın qardaş xalqlarımız naminə müştərək fəaliyyətlərinə ruhən dəstək vermək məramındadırlar və TDT ideyalarının insanların qəlblərinə, mənəviyyatına çatdırılması üçün dini-mənəvi müstəvidə səylərini əsirgəmirlər.
Söhbət əsnasında Şeyxülislam A.Paşazadə B.Amreyevin rəhbərlik etdiyi təşkilat tərəfindən Azərbaycana 44 günlük Vətən müharibəsi günlərində nümayiş etdirilmiş qardaş dəstəyinə görə minnətdarlığını ifadə edib, habelə bu yaxınlarda ölkəmizin Londondakı səfirliyinə edilmiş vandal hücumu qətiyyətlə qınadıqlarına, ölkəmizi birmənalı dəstəklədiklərinə görə türk dövlətlərinə təşəkkürlərini bildirib.
Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Azərbaycanın, Qafqazın dini lideri ilə görüşməyi şərəf saydığını qeyd edərək, Şeyxülislam A.Paşazadənin şəxsiyyətinə və fəaliyyətinə böyük dəyər verdiyini bildirdi. B.Amreyev xüsusi qeyd edib ki, Türk Dövlətləri Birliyinə üzv ölkələrin müsəlman dini liderlərinin Şurasının yaranması təşəbbüsünün müəllifi olan Şeyxülislam A.Paşazadənin bu ideyanın reallaşmasına töhfələri böyükdür.
Qonaq TDT üzv ölkələrin qarşıdakı noyabr zirvəsindən danışıb və Özbəkistanda baş tutacaq bu görüşdə nəzərdə tutulan işlər barədə məlumat verib. B.Amreyev TDT-yə üzv ölkələrin müsəlman dini liderlərinin oktyabrda Azərbaycanda baş tutacaq görüşünün önəmini xüsusi vurğulayıb və bu görüşün yüksək səviyyədə gerçəkləşəcəyinə əmin olduğunu bildirib. İslam dininin birləşdirici rolunu və qardaş türk xalqlarının birliyi üçün bu ortaq dəyərin mühüm önəm kəsb etdiyini vurğulayan B.Amreyev bu amilsiz türk birliyinin zəif ola biləcəyinə diqqəti çəkib.
Daha sonra TDT üzv ölkələrin müsəlman dini liderlərinin oktyabr görüşündə qəbul ediləcək sənədin detalları müzakirə olunub. Bildirilib ki, TDT çərçivəsində türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin daha da təkmilləşməsi naminə təşkilati müstəvidə yeni addımlar atılması məqsədəuyğundur.

Sosial       Tarix: 12 avqust 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Kanalda batan 23 yaşlı gəncin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətində

Mərdəkanda dənizdə batan 4 gəncin - FOTOLARI

Xəbər verdiyimiz kimi, bu gün Mərdəkan çimərliyində 4 nəfər dənizdə batıb. xəbər verir ki, dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun, 2005-ci il təvəllüdl

Əhvalım çox pisdir - Ofeliya Sənani

Bu gün axşam bağa köçəcəyəm. Şəhərdə bütün günü məni yuxu tutur. Yaşlı adamam, yay mövsümü isti olur, mən isə çölə çıxa bilmirəm. Buna görə də övladlarım gəlib bağa aparacaqlar. xəbər verir ki, bunu -a açıqlamasında Xal

Bu gün Aşuradır

Bu gün Azərbaycanda Aşuradır. xəbər verir ki, Aşura günü iyunun 25-nə təsadüf edir. QMİ-nin Qazılar Şurası dindarlara xatırladıb ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasu

Belə maşınları alanların yanacaq xərci 80 faiz azalır - Açıqlama

Elektrikli avtomobillərin sayının sürətlə artması dünyada nəqliyyat sektorunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu tendensiya təkcə ekoloji baxımdan deyil, həm də iqtisadi, texnoloji və sosial sahələrdə mühü

Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?

ABŞ dolları Azərbaycanda ən çox istifadə edilən xarici valyutalardan biridir. Son vaxtlar isə bəzi bankların köhnə seriyadan olan və ya cüzi zədələnmiş dollar əskinaslarını qəbul etməməsi vətəndaşların narazılığına yol açıb

Dollar güclənir: Azərbaycan manatının devalvasiya riski var?

Son aylarda ABŞ dollarının qlobal bazarlarda möhkəmlənməsi bir sıra ölkələrin milli valyutalarına təzyiqi artırıb. Bu proses fonunda Azərbaycanda da manatın gələcək taleyi və mümkün devalvasiya ehtimalı ilə bağlı müzakirələ

Qara qızıl dəyər itirir: Dünya bazarlarında eniş

Dünya enerji bazarlarında neftin qiymətində azalma müşahidə olunub. xəbər verir ki, "ICE London" birjasında keçirilən hərraclarda "Brent" markalı neftin 2026-cı ilin iyul fyuçersləri 0,79% ucuzlaşara

Hüquqsuz sürücünün narkotik istifadəçisi olduğu məlum oldu

Kürdəmir rayon sakini Samid Səmədov Kənar Dairəvi yolda idarə etdiyi "Mercedes" markalı avtomobillə manevr etmə qaydalarını pozduğu üçün Ekoloji nəzarət bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. xəbər verir ki


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbərlər azərbaycanda xəbər az hava cəbhədən son görüntülər