Türk lirəsi yenidən "silkələndi" - Dollar bahalaşdı

Türk lirəsi yenidən Türkiyədə dolların məzənnəsi daha bir psixoloji baryeri aşdı – Artıq bir dolların qiyməti 17 lirəni keçib. Bu, 20 dekabr 2021-ci ildən bəri ən yüksək göstəricidir.
KONKRET.az xəbər verir ki, ötən ilin sonunda Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatlarını kəskin şəkildə azaltması və tənzimləyici orqanın yüksək inflyasiyaya baxmayaraq faizləri artırmaqdan imtina etməsi nəticəsində dollar 20 türk lirəsinə qədər bahalaşıb. Bundan sonra hökumət yeni maliyyə siyasətinə keçərək, bank əmanətlərini lirə ilə məzənnəyə bağladı və bu, dolların tədricən zəifləməsi ilə nəticələndi və 2022-ci ilin əvvəlinə qədər 13,35 lirəyə düşdü.
Hələ o zaman iqtisadçılar lirədəki əmanətlərin valyuta məzənnələrinə görə indeksləşdirilməsinin effektiv olsa da, eyni zamanda çox riskli siyasət olduğunu müdafiə edirdilər. Türkiyə Mərkəzi Bankı da bunu başa düşdü, dolların kəskin bahalaşmasının qarşısını almaq üçün vaxtaşırı valyuta bazarına müdaxilə etdi.
Lakin may ayından türk lirəsi yenidən ucuzlaşmağa başlayıb və iyun ayına qədər ucuzlaşma 12 faiz təşkil edib. İqtisadçıların fikrincə, əsas səbəb xarici ticarətdə mənfi saldonun davam etməsidir.
Digər tərəfdən, Türkiyə hökuməti milli valyutanın ucuzlaşması fonunda uçot dərəcəsinin aşağı salınması siyasətini davam etdirəcəyini və ixracı stimullaşdırmağa çalışacağını bildirir.
Bir gün əvvəl prezident Ərdoğan hökumətin iclasından sonra "əlverişli məzənnə" ilə xarici ticarətdə müsbət saldo yaratmaq siyasətini davam etdirəcəyini bildirib. Ərdoğan hökumətin uçot dərəcəsini azaltmağa davam edəcəyini də təsdiqləyib.
Amma Ərdoğan uçot dərəcəsinin aşağı salınması siyasətini davam etdirməyə çağırıb
Türkiyə Nazirlər Kabinetinin məqsədi aşağı faizlə ixracyönümlü istehsalı təşviq etməkdir. Lakin dünya bazarlarındakı vəziyyət, neftin və əsas ərzaq məhsullarının kəskin bahalaşması Türkiyənin xarici ticarətdə müsbət saldoya nail olmaq cəhdlərini puça çıxarır. İqtisadçılar bu il Türkiyənin xarici ticarət kəsirinin 40 milyard dollar olacağını proqnozlaşdırırlar.
Natiq Səlim,
KONKRET.az

Sosial       Tarix: 08 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


son xeberler yeni xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler en son xəbərlər bugün cəbhədən canlı krimnal xeber