Türk paxlavası alarkən diqqətli olun! - Görün fıstığı nə ilə əvəz edirlər... - VİDEO
Türkiyədə son günlərdə ispanaqdan "Antep fıstığı"nın hazırlanması ilə bağlı video sosial medianın gündəmini zəbt edib.
azxeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, görüntülərdə ispanağın müxtəlif proseslərdən keçirildikdən sonra fıstıq görünüşünə gətirildiyi və paxlavanın içinə qoyulduğu görünür.
Videonu çəkən şəxs bu resepti paxlava ustasından aldığını bildirib.
Bununla bağlı Qida Mühəndisləri Palatasının Antalya şöbəsinin rəhbəri Manavoğlu deyib ki, paxlavada fıstıq əvəzinə yaşıl tərəvəzlərdən istifadə edilir və onları ayırd etmək çox çətindir: "Böyük şirkətlər buna diqqət yetirirlər. Lakin bəzi şirkətlər məhsullarını ucuzlaşdırmaq üçün belə üsullara əl atırlar. Bu cür hoqqaları videolarla qanuniləşdirmək normal deyil".
Şirniyyat istehsalçılarının fıstıq ehtiyatı və qiymətinə görə paxlava istehsal etməyəcəkləri barədə açıqlamalarını xatırladan Manavoğlu, "Hazırda fıstıqlı paxlavanın qiyməti 250 lirəyə çatıb. Bəzi yerlərdə bu qiymət 80 lirədir. Bu qədər bahalaşdığı halda, sərfəli qiymətə fıstıq paxlavası gördükdə bizdə sual işarəsi yaranmalıdır", - deyə əlavə edib.
Nazirliyin saxta məhsulların siyahısını daha tez-tez yayımlamalı olduğunu bildirən Manavoğlu fikirlərini belə yekunlaşdırıb:
"Paxlavada fıstıq yerinə yaşıl tərəvəz, noxud, ispanaq kimi məhsullar istifadə edilə bilir. Bu məhsulları rənginə görə ayırd etmək çox çətindir. Şərbətlə birlikdə istehlak edildikdə fıstığın dadı geri planda qalır. Bu baxımdan başa düşmək istehlakçı üçün asan deyil. Paxlavaya Antep fıstığının az miqdarda qoyulduğunu anlamaq mümkünsüzdür".

Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı
Ceyhun Bayramov Mirzoyanla görüşəcək