Türkiyə bankları Rusiyadan olan şirkətlərin hesablarını bağladı
Bəzi türk bankları Rusiya şirkətlərinin hesablarını bağlamağa başlayıb və Rusiyadan kart almaq niyyətində olan şəxslər üçün tələbləri sərtləşdirib.
KONKRET.az xəbər verir ki, bu barədə "Vedomosti" Türkiyə ilə iş aparan sahibkarlara, maliyyə məsləhətçilərinə və biznes assosiasiyalarının nümayəndələrinə istinadən yazır.
Qəzetin həmsöhbətlərindən biri qeyd edib ki, türk bankları hələ 2022-ci ildə Rusiya şirkətləri üçün hesabları bağlayıb, lakin o zaman söhbət sanksiyalara məruz qalan təşkilatlardan gedirdi. İndi digər şirkətlərlə də əlaqələr kəsilir.
Əvvəllər demək olar ki, bütün türk bankları ABŞ-ın ikinci dərəcəli sanksiyaları altına düşmək qorxusundan Rusiya şirkətləri ilə əməkdaşlığı dayandırmışdı. Məhdudiyyətlər Amerika prezidenti Co Baydenin Rusiyaya məhdudiyyətlərdən yayınmaqda kömək edən istənilən banklara qarşı tədbirlər haqqında fərmanından sonra sərtləşdirilib.
Tədbirlər ona gətirib çıxardı ki, ilin əvvəlində Türkiyə maliyyə qurumları Rusiyadan ödənişlərin işlənməsini qəfil dayandırmağa başladı.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR