Türkiyə buğda idxalını dayandırdı - Rusiya REAKSİYA VERDİ
Türkiyənin buğda idxalını dayandırmaq qərarına Rusiya reaksiya verib.
KONKRET.azxəbər verir ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyi Türkiyənin buğda idxalını dayandırma qərarının Rusiyanın ixracına təsir etməyəcəyini açıqlayıb.
Türkiyə Kənd Təsərrüfatı Nazirliyi iyunun 6-na keçən gecə verdiyi açıqlamada yerli istehsalçıları qorumaq üçün buğda idxalının iyunun 21-dən oktyabrın 15-dək dayandırılacağını açıqlayıb.
Rusiya Kənd Təsərrüfatı naziri Oksana Lutun taxıl ixracatçıları ilə görüşlərindən sonra nazirlikdən verilən açıqlamada Rusiya ixracatçılarının Yaxın Şərq, Şimali Afrika, Çin və Hindistana taxıl tədarükünə diqqət yetirəcəkləri bildirilib. Hindistan və Çinə paxlalı və taxıl tədarükünü artırmaq potensialı diqqətdə saxlanılır.
Qeyd edək ki, Türkiyə və Misir Rusiya buğdasının mühüm idxalçıları arasındadır. Lut ötən həftə verdiyi açıqlamada Türkiyənin Rusiyanın strateji tərəfdaşı olmağa davam edəcəyini və bu qərarın Rusiya üçün heç bir çətinlik yaratmadığını bildirib.
Rusiya Taxıl Dərnəyinin məlumatına görə, aprel ayının ortalarına görə Türkiyə Rusiya buğdasının ikinci ən böyük müştərisidir. Misir birinci, Banqladeş üçüncü yeri tutsa da, Pakistan və Əlcəzair də ilk beş idxalçı arasında yer alıb. Rusiyadan Türkiyəyə taxıl daşınması ötən mövsüm 23% azalaraq mayın sonunda 6,5 milyon tona düşüb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Putin: Bu, müharibənin davam etməsi deməkdir
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu
ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu