Türkiyə səfirliyinin əməkdaşının oğlu küçədə öldürüldü
Türkiyənin Vaşinqtondakı səfirliyində çalışan əməkdaşının 28 yaşlı oğlu oğurlanıb və güllələnib.
KONKRET.azxəbər verir ki, Kaan Dəmir dəhşətli hücumun qurbanı olub.
Bazar günü sevgilisini Vaşinqtonun şimal-qərbindəki Takoma bölgəsindəki evinə buraxan Dəmir maşınına qayıdarkən hücuma məruz qalıb. Küçədə baş verən hadisədə Dəmirin oğurlandığı bildirilib. Dəmirin qardaşı Eren Dəmir hadisə ilə bağlı "Washington Post" qəzetinə danışıb.
Dəmir qardaşının güllələnərək öldürüldüyünü, atalarının Türkiyə səfirliyində sürücü işlədiyini bildirib.
Hadisə ilə bağlı araşdırma başlanıb. Dəmirin cansız bədəni səkidə tapılıb. Polis maskalı iki təcavüzkarın tünd rəngli avtomobillə qaçdığını açıqlayıb.
Dəmir qardaşının İT sektorunda çalışdığını deyib. Səfirlik məsələ ilə bağlı Washington Post qəzetinə açıqlama verməyib.
Natiq Səlim,
KONKRET.az

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
"Trendyol"da "Əfsanə günlər " başlayır