Türkiyə və İranın Bakıya hücumu: gerçək səbəbi budur

Türkiyə və İranın Bakıya hücumu: gerçək səbəbi budur"İran və Türkiyənin Azərbaycana münasibətlərində müşahidə olunan və olunmayan nüanslar var. Zaman keçdikcə bu məsələlərin mahiyyətini araşdırmalarla daha dəqiq ortaya qoymaq lazımdır".
KONKRET.azxəbər verir ki, bu sözləri Globalinfo.az-a siyasi şərhçi Əziz Əlibəyli deyib.
O bildirib ki, müxtəlif yanaşmalar var və bu məsələ son günlər müzakirə mövzusuna çevrilib:
"Coğrafi mövqeyimiz və dövlət olaraq seçdiyimiz konstitusion quruluş, yəni cəmiyyətin hansı prinsiplərlə yaşamağı seçməsi qonşularımızda ciddi qıcıq yaradır. Çünki bizim imperiya təfəkkürü ilə uzlaşmayan milli kimliyimiz və dövlət modelimiz var. Bir tərəfdə güclü şiə ideologiyası, digər tərəfdə Osmanlıçılıq və başqa imperial düşüncə formaları dayanır. İmperial yanaşmanın əsas xüsusiyyətlərindən biri də özündən fərqli inkişaf yolu seçən, başqa həyat tərzini nümunəyə çevirən dövlətlərə qarşı müəyyən mərhələdə təzyiq göstərməyə çalışmasıdır".
Ekspert bildirib ki, İranda Azərbaycana qarşı qərəzli münasibətin səbəblərindən biri dünyəvi dövlət modelimizin olmasıdır:
"Bu model ölkəmizin Konstitusiyasında da təsbit olunub. 1995-ci il Konstitusiyası Azərbaycanın dünyəvi və demokratik dövlət quruculuğu baxımından mühüm sənədlərindən biridir. Həmin dövrdə Azərbaycan ağır vəziyyətdə idi. Ölkə qaçqın və məcburi köçkün problemi ilə üzləşmişdi, minlərlə insan evini, doğma yurdunu tərk etməyə məcbur olmuşdu. Bütün bu çətinliklərə baxmayaraq, o zaman ümumilli lider Heydər Əliyev bu insanlarla görüşürdü. Azərbaycan öz dövlətçilik modelini formalaşdırmağa çalışırdı".
Onun sözlərinə görə, məsələnin başqa tərəfi isə ideologiya ilə bağlıdır:
"Uzun illər İranda şiə ideologiyasının dövlət siyasətinin əsasına çevrilməsi və cəmiyyətin həyat tərzinin bu ideologiya əsasında formalaşdırılması təbliğ olunub. Lakin zaman keçdikcə, sosial şəbəkələr vasitəsilə informasiya sərhədləri zəiflədikcə, İran cəmiyyətində belə bir sual meydana çıxır: şiə əhalisinin yaşadığı, eyni zamanda dünyəvi dövlət modelini seçmiş qonşu Azərbaycan mövcuddursa, cəmiyyəti idarə etmək üçün niyə bu qədər sərt məhdudiyyətlərə və repressiyalara ehtiyac var? Bu müqayisə İran hakimiyyəti üçün ideoloji baxımdan narahatedici ola bilər.
Türkiyədə də müəyyən mənada oxşar proseslər gedir. Ölkənin iqtisadi vəziyyəti, miqrasiya və deportasiya məsələləri, cəmiyyətdəki qarşıdurmalar, seçkiqabağı siyasi gərginlik və sosial problemlər müxtəlif müzakirələrə səbəb olur. Bu fonda Türkiyə cəmiyyəti Azərbaycanla müqayisələr aparır, iki ölkənin dövlət idarəçiliyinə və inkişaf modelinə nəzər salır.
Bütün bunlar onu göstərir ki, həm İranda, həm də Türkiyədə Azərbaycan mövzusundan daxili siyasi məqsədlər üçün istifadə edilməsi halları yarana bilər. Müəyyən dövrlərdə islamçı siyasi düşərgələrin və ideoloji qrupların bu mövzunu öz maraqlarına uyğun şəkildə gündəmə gətirməsi də mümkündür. Təəssüf ki, Azərbaycan ətrafında aparılan müzakirələr bəzən məhz belə manipulyasiyaların alətinə çevrilir".

Siyasi       Tarix: 20 oktyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, bu barədə Nümayəndəliyin "X" sosial şəbəkəsindəki rəsmi hesabınd

Baş nazirin yeni müavini Teymur Musayev kimdir? - DOSYE

Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib. Teymur Musayevin dosyesini təqdim edir:. Teymur Yusif oğlu Musayev 1970-ci il sentyabrın 16-d

AQEM-də Azərbaycanın regional siyasəti, ədalət və beynəlxalq əməkdaşlıq mesajları önə çəkildi

Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündəki çıxışı Azərbaycanın regional və beynəlxalq siyasətinin əsas istiqamətlərini, müharibə cinayətlərinə görə məsuliyyətin təmin edilməsi, beynəlxalq təşkilatların fəaliyyət

QHT pərdəsi, siyasi İslam və kəşfiyyat... – Türkiyənin təsir şəbəkəsi Azərbaycana uzanır? 

AKP-nin İhvançılığa (Müsəlman qardaşları) əsaslanan dini ideologiyanı müxtəlif ölkələrə ixrac etmək məqsədilə biznes və humanitar təşkilatlardan geniş istifadəsinə dair yayılan məlumatlar diqqəti Türkiyə QHT-lərinin fəaliyyətin

Yeni təyin olunan səhiyyə naziri kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, bu gün Prezidentin imzaladığı sərəncamla Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. Anar Bayramovun dosyesini təqdim edir:. Anar Bayramov 1975-ci ildə anada

Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib

"Gilavar Foto Klubu" İctimai Birliyi tərəfindən Avropada həyata keçirilən "Minasız dünya" beynəlxalq kampaniyası çərçivəsində növbəti fotoekspozisiya İtaliyanın paytaxtı Romada təşkil olunub. xəbər veri

Simonyan Nəsimi haqda suala təəccübləndi: "Siz nə danışırsınız?!"

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycan hərbçisi Nəsimi Musayevdən danışıb. -a istinadən xəbər verir ki, jurnalist hadisəni "Ermənistana müdaxilə" kimi qiymətləndirərək Simonyandan bun

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Türkiyənin "Şanlıurfa Olay" qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib. xəbər verir ki, o bu barədə "X" sosial media hesabınd

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko

Ötən həftəsonu Fransada iğtişaşlara çevrilən etiraz aksiyaları ölkə Prezidenti Emmanuel Makronun Avropa Şurasındakı mövqeyini zəiflədib. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "Politiko" mənbələr


yeni xeberler azerbaycan xeberleri son xeberler kriminal xeber butun xeberler krimnal xeber dunya xeberleri