Türkiyə və İrəvandakı görüşlərdən sonra Lavrov Bakıya hansı kartlarla və niyə gəlir? - İLGİNC DETALLAR

Türkiyə və İrəvandakı görüşlərdən sonra Lavrov Bakıya hansı kartlarla və niyə gəlir? - İLGİNC DETALLARRusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23 və 24-də Azərbaycana səfər edəcək. Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.Onun sözlərinə görə, Lavrov Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Lavrovun indiki məqamda Bakıya gəlişi maraq doğurur və görüşlərdə hansı mövzuların müzakirə ediləcəyi ilə bağlı suallar yaranır.
Mpvzunu KONKRET.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, Lavrovun Bakıya səfəri gözlənilən idi: "Çünki Sergey Lavrov Türkiyə xarici işlər naziri Çavuşoğlu ilə görüşdən sonra birbaşa Ermənistana gəlmişdi. O İrəvanda həm Ermənistan Baş naziri Nikol Paşinyan, həm də XİN rəhbəri Ararat Mirzoyanla görüşmüşdü. Bu görüş Türkiyədə aparılan müzakirələrin Cənubi Qafqaza, yaxud Ermənistan-Azərbaycan münasibətlərinə aid olan hissəsinin davamı kimi qiymətlndirilir. Çünki son aylar Türkiyə, Azərbaycan və Ermənistan məsələsində aktivliyini gücləndirib. Fransa və Moskvada aparılan danışıqlardan sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması, eləcə də delimitasiya və demarkasiya məsələsinin həll olunması istiqamətində addımlar atılır".
Türkiyə və İrəvandakı görüşlərdən sonra Lavrov Bakıya hansı kartlarla və niyə gəlir? - İLGİNC DETALLARƏlimusa İbrahimovun sözlərinə görə, Türkiyə və İrəvanda keçirilən görüşlər tam deyildi. Bunu tamamlamaq üçün Azərbaycanın da prosesə qoşulması lazım idi: "Lavrovun Bakıya səfəri də məhz bu məqsəddən irəli gəlir. Görüşlərin başlanğıcı Türkiyədə qoyuldu, Ermənistanda davam etdi, müəyyən qərara gəlmək üçün isə Azərbaycanda yekunlaşacaq. Bu görüşdən ilk növbədə Lavrovun Fərrux kəndi haqqında səsləndirdiyi fikirlərə izahat tələb edilməsini gözləyirik. Azərbaycan tərəfi Lavrovun öz dilindən açıqlama tələb edəcək. Bundan sonra təbii ki, Azərbaycan-Ermənistan münasibətlərinin bugünki mərhələsi müzakirə olunacaq. Bildiyiniz kimi Rusiya ilə Avropa arasında Cənubi Qafqaza nəzarət üstündə də mübarizə gedir. Burada da Rusiyanın nüfuzunu azaltmağa çalışırlar. Düşünürəm ki, lavrovun Bakı səfəri Ermənistan-Azərbaycan arasında bəzi məsələlərin həllini sürətləndirə bilər. Digər tərəfdən Rusiya tərəfinin sanksiyaların yumşaldılması üçün Azərbaycandan dəstək istəyəcəyi də gözləniləndir. Hesab edirəm ki, görüşdə Zəngəzur dəhlizinin açılması istiqamətində müəyyən müzakirələr aparıla bilər. Bu da ilk növbədə sülh müqaviləsinə yaxınlaşdıran amillərdəndir".
Müşviq Tofiqoğlu,
KONKRET.az  
 
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Siyasi       Tarix: 15 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

İrlandiyadakı tarixi görüş - Kameralara belə düşdü

Məlum olduğu kimi, Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. -ın məlumatına görə, liderlərin görüşü Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsind

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizi

Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın – Rusiyanın məqsədi nədir?

Ukraynada müharibənin dayandırılması ilə bağlı diplomatik müzakirələr davam edir. Tərəflər arasında müharibənin başa çatdırılması üçün müxtəlif təkliflər və şərtlər gündəmə gətirilir. Rusiyanın irəli sürdüyü iddia oluna

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadim

Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Blu

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. xəbər verir ki, Zelenski bu haqd


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bugun 2026 sou biznes son xabar kriminal xeberler