Türkiyə vətəndaşlığı almaq istəyənlərin NƏZƏRİNƏ
Əcnəbilər azı 400 min dollar dəyərində daşınmaz əmlak aldıqları təqdirdə müstəsna olaraq Türkiyə vətəndaşlığı əldə edə biləcəklər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq sərəncamı "Resmi Gazete"də dərc olunub.
KONKRET.az xəbər verir ki, sənədə əsasən, qərar bir aydan sonra qüvvəyə minəcək.
Əvvəllər Türkiyə vətəndaşlığını almaq üçün 250 min dollar dəyərində daşınmaz əmlak almaq kifayət edirdi. Bu qanun 2010-cu ilin fevralından qüvvədədir.
Alınan daşınmaz əmlakın qiymətinin artırılması ilə bağlı qərarı Türkiyə hökuməti aprelin ortalarında qəbul edib. Eyni zamanda qeyd olunub ki, alınan daşınmaz əmlakın müqabilində Türkiyə vətəndaşlığı üçün müraciət edən əcnəbilərdən azı üç il müddətində onu satmamaq tələb olunacaq.

Yekun bəyanat qəbul edildi
Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi
Trampın İran planı üzə çıxdı - TƏCİLİ
"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ
Şəmkirdə vəzifəli şəxs öldü
Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu
Əməkdar müəllim vəfat etdi
38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
Tanınmış həkim həbs olundu
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib