Türkiyə xarici ölkələrdən icarəyə torpaq alacaq
Türkiyə hökuməti Latın Amerikası və Afrikanın 10 ölkəsində, eləcə də Ukraynada kənd təsərrüfatı torpaqlarının icarəsi ilə bağlı danışıqlar aparır.
KONKRET.az xəbər verir ki, bu barədə yerli "Türkiyə" qəzeti məlumat yayıb.
Qeyd edək ki, Türkiyənin kənd təsərrüfatı naziri Vahit Kirişçi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatları ilə görüşündə rəsmi Ankaranın bu planı ilə bağlı danışıb. Onun sözlərinə görə, koronavirus pandemiyası və Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə ilə əlaqədar bütün dünyada ərzaq böhranının aradan qaldırılması üçün danışıqlar aparılır.
Nazir bəzi ölkələrlə artıq razılaşmalar əldə olunduğunu, digərləri ilə müzakirələrin davam etdirildiyini söyləyib.
İcarəyə götürülən torpaqlar iqlim şəraitinə görə Türkiyədə istehsal oluna bilməyən və ya kifayət qədər yetişdirilməyən kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün istifadə olunacaq.
Məsələn, Sudanda Türkiyədə istehsalı az olan ananas, manqo, avokado kimi tropik meyvələr, habelə günəbaxan, qarğıdalı, pambıq, küncüt, şəkər qamışı və yonca əkiləcək.
Qəzet son vaxtlar yemin bahalaşması ilə əlaqədar icarəyə götürüləcək torpaqlarda əsasən yem bitkilərinin istehsalının gücləndirləcəyini yazıb.
"Türkiyə kənd təsərrüfatı məhsullarına daxili tələbatı ödəmək gücündədir, lakin ixracdan danışırıqsa, o zaman xaricdə torpaq icarəyə götürmək lazımdır. İxracat üçün müasir məhsullar tədarük edilməlidir", – deyə Kirişçi bildirib.
Xatırladaq ki, bu ilin mayın sonunda BMT dünyada buğda ehtiyatının 10 həftə qaldığını xəbər eetmişdi. BMT Təhlükəsizlik Şurası dünyada buğdanın təxminən üçdə birini istehsal edən Rusiya ilə Ukrayna arasında müharibənin buna şərait yaratdığını qeyd edib. //Musavat.com
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı