Türkiyədə Azərbaycana bu üç qrup hücum edir – SİYAHI

Türkiyədə Azərbaycana bu üç qrup hücum edir – SİYAHI"Son dövrlərdə Türkiyə media məkanında, o cümlədən sosial şəbəkələrdə Azərbaycana qarşı kampaniya təəssüf doğurur".
KONKRET.azxəbər verir ki, bu sözləri Globalinfo.az-a politoloq Oqtay Qasımov deyib.
O bildirib ki, Türkiyədə müxtəlif siyasi və dini cərəyanları, təriqətləri təmsil edən qruplar mövcuddur:
"Eyni zamanda, müxtəlif xarici dövlətlərin təsir imkanlarını və Türkiyədə fəaliyyət göstərən şəbəkələrini də nəzərə alsaq, belə bir vəziyyətin yaranması təəccüblü deyil.
Türkiyədə dünyəvi dövlət modelini qəbul etməyən, dini təriqətlərin mövqeyindən çıxış edən, hətta Atatürk mövqeyinə qarşı çıxan qrupların mövcudluğu məlumdur. Təəssüf ki, son 20 ildə bu qüvvələrin bir qismi Türkiyə siyasətində də müəyyən mövqelər qazanıb. Onların Türkiyənin dünyəvi dövlət modelindən uzaqlaşmasına yönələn cəhdlərini zaman-zaman ölkənin media məkanında da müşahidə etmək mümkündür".
Politoloq Azərbaycana qarşı aparılan kampaniyanın arxasında üç qrupun dayandığını düşünür:
"İlk növbədə, bəzi radikal dini cərəyanların fəaliyyətini qeyd etmək lazımdır. Onların arasında hakimiyyətə yaxın münasibətləri olan qruplar da var. Bu qrupların bir qismi islamın siyasi idarəçilik modeli və xilafət ideyası ilə çıxış edir. Belə qüvvələrin Azərbaycana qarşı aparılan kampaniyada iştirak etməsi ehtimalı nəzərə alınmalıdır.
Digər mühüm amil isə xarici qüvvələrdir. Azərbaycan–Türkiyə münasibətlərinin güclənməsində maraqlı olmayan dövlətlər və dairələr bu əlaqələrə mane olmağa çalışa bilərlər.
Türkiyənin daxilində də Azərbaycanla münasibətlərin hazırkı səviyyədə inkişafını dəstəkləməyən qüvvələrin olduğunu istisna etmək olmaz".
O.Qasımovun sözlərinə görə, bəzi dini qrupların və siyasi dairələrin hakimiyyət strukturları ilə əlaqələri, onların media və sosial şəbəkələrdəki fəallığı da bu prosesin təhlilində nəzərə alınmalıdır:
"Beləliklə, burada bir neçə istiqamətin üst-üstə düşdüyünü görürük: dini-ideoloji motivlər, xaricdən maliyyələşdirilən və ya yönləndirilən qüvvələr, eləcə də Türkiyənin siyasi mühitində müəyyən mövqelərə sahib olan qruplar. Bu amillərin hər birinin prosesdə hansı rol oynadığını ayrıca araşdırmaq vacibdir.
İki ölkə arasındakı münasibətlər kifayət qədər möhkəm təməllər üzərində qurulub. "Bir millət, iki dövlət" prinsipi ilə formalaşan əlaqələrimiz yalnız siyasi maraqlara əsaslanmır. Bizi mənəvi, tarixi, mədəni və milli bağlar birləşdirir. Bu münasibətlərin beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri var. Ona görə də bu cəhdlər iki ölkə arasındakı əlaqələrə köklü şəkildə təsir göstərə bilməyəcək. Çünki həm Azərbaycan, həm də Türkiyə cəmiyyətləri bu münasibətlərin qorunmasında və daha da inkişaf etdirilməsində maraqlıdır".
Politoloq qeyd edib ki, Türkiyə Azərbaycan üçün nə qədər dəyərli və vacib tərəfdaşdırsa, Azərbaycan da Türkiyə üçün bir o qədər əhəmiyyətlidir:
"Azərbaycan Türkiyənin Qafqaz, Rusiya və Mərkəzi Asiya istiqamətlərində əlaqələri baxımından mühüm mövqeyə malikdir. Eyni zamanda, Türkiyə Azərbaycan üçün Qərbə, beynəlxalq bazarlara və daha geniş iqtisadi məkanlara çıxış baxımından vacib tərəfdaşdır.
Bu kontekstdə Dövlət Baxçalının son açıqlamalarında Azərbaycan-Türkiyə münasibətlərinə verilən önəmi də qeyd etmək lazımdır. Bu cür mesajlar iki ölkə arasındakı əlaqələrin strateji xarakterini bir daha gündəmə gətirir.
Azərbaycan-Türkiyə dostluğu, müttəfiqliyi və qardaşlığı bundan sonra da inkişaf etmək potensialına malikdir. Hər iki ölkə gələcəkdə Türk dünyasının inteqrasiyasında və onun beynəlxalq miqyasda daha güclü aktora çevrilməsində mühüm rol oynaya bilər. Bu əməkdaşlığın davamlılığı həm tarixi bağlarımız, həm də ortaq strateji maraqlarımız baxımından əhəmiyyətlidir".

Siyasi       Tarix: 20 oktyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub

Oktyabrın 19-da Aşqabadda, Mahtumquli adına Milli Musiqili-Dram Teatrında Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub. xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konserti izləyib. Gecəd

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin mövqeyi yalnız onların iqtisadi və siyasi potensialı ilə deyil, həm də milli maraqlarını qorumaq, beynəlxalq hüququn prinsiplərinə əsaslanmaq və qlobal proseslərdə fəa

Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, bu barədə Nümayəndəliyin "X" sosial şəbəkəsindəki rəsmi hesabınd

Türkiyə və İranın Bakıya hücumu: gerçək səbəbi budur

"İran və Türkiyənin Azərbaycana münasibətlərində müşahidə olunan və olunmayan nüanslar var. Zaman keçdikcə bu məsələlərin mahiyyətini araşdırmalarla daha dəqiq ortaya qoymaq lazımdır". KONKRET.azxəbər verir ki

Simonyan Nəsimi haqda suala təəccübləndi: "Siz nə danışırsınız?!"

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycan hərbçisi Nəsimi Musayevdən danışıb. -a istinadən xəbər verir ki, jurnalist hadisəni "Ermənistana müdaxilə" kimi qiymətləndirərək Simonyandan bun

Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi

Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist Celal Çiftçi ölkədə narazılıq və incikliyə səbəb olan açıqlamalarına görə Azərbaycan dövlətindən və xalqından üzr istəyib. xəbər verir ki, "Şanlıurfa Olay"

Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib

Azərbaycanın "Gilavar Foto Klubu" İctimai Birliyinin "Minasız dünya" beynəlxalq kampaniyasının 2026-cı il oktyabrın 15-də növbəti dayanacağı Avstriyanın Salzburq şəhəri olub. xəbər verir ki, sərgi Avstriyadak

Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı

Paşinyan 2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsinin imzalanmasını hədəfləyir. KONKRET.azxəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunu oktyabrın 15-də hökumətin iclası zamanı bildirib. "Mən 2031-c

Yeni təyin olunan səhiyyə naziri kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, bu gün Prezidentin imzaladığı sərəncamla Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. Anar Bayramovun dosyesini təqdim edir:. Anar Bayramov 1975-ci ildə anada


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxabar az futbol xeberleri son xeberler bugun 2026 azerbaycan qurban bayrami 2026