Türkmənistan Prezidenti barda dalaşan bibisi oğlunu işdən çıxardı
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bibisi oğlu Əhməd Gəldimuradovu Aşqabad barlarından birində dava-dalaş saldığına görə "Türkmənqaz" dövlət konserninin sədr müavini vəzifəsindən azad edib.
KONKRET.azTurkmen.info-ya istinadən xəbər verir ki, elitar müəssisədə məzuniyyət zamanı həddindən artıq sərxoş vəziyyətdə olan Gəldimuradov prokurorun başına butulka çırpıb. Hadisə təxminən bir ay əvvəl baş verib. Dava anı müəssisə daxilindəki müşahidə kameralarına düşüb. Mənbə nəşrə bildirib ki, səs yazısı daha sonra prezident və onun atası Qurbanqulu Berdiməhəmmədova göstərilib. Qısa müddətdən sonra dava edən şəxs işdən çıxarılıb. Bu hadisələrdən sonra Gəldimuradov ailəsi ilə birlikdə dincəlmək üçün Dubaya yola düşüb.
Əhməd Gəldimuradov Qurbanqulu Berdiməhəmmədovun bacılarından ən kiçiyi Mehri Berdiməhəmmədovanın oğludur. Eks-prezidentin digər bacısı Gülnabat Dövlətovadan fərqli olaraq, o, tez-tez müstəqil medianın diqqətinə düşmür.
Nəşr qeyd edir ki, prezident Sərdar Berdiməhəmmədov qohumlarına atası və sələfi ilə müqayisədə daha az sədaqət göstərir. Belə ki, o, bibisi Gülnabat Dövlətovanı Türkmənistan Milli Qızıl Aypara Cəmiyyətinin rəhbəri vəzifəsindən istefa verməyə məcbur edib. 2022-ci ilin payızında isə Aşqabadda Dövlətovanın kürəkəni İbabəkir Bekdurdıyevə məxsus nəbatat bağı və gürcü restoranları sökülüb. Söküntüyə səbəb nəbatat bağında baş verən bıçaqlanma, eləcə də hər iki müəssisənin botanika bağının ərazisində qanunsuz tikilməsi olub. Nəhayət, oktyabrın sonunda Dövlətovanın digər kürəkəni Rəhimberdi İşanquliyev "Türkmənistan Hava Yolları" QSC-nin baş direktorunun müavini vəzifəsindən azad edilib. İşdən çıxarılmanın səbəbi məlum deyil, lakin bu qərarın "prezident aparatının diktəsi" olduğu bildirilir.//Musavat.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır