Türkmənistanda dilənçilər SAXLANILIR: Prezidentin imicinə xələl gətirirlər

Türkmənistanda dilənçilər SAXLANILIR: Prezidentin imicinə xələl gətirirlərTürkmənistanın Balkan vilayətində polis küçədə dilənçiliklə məşğul olan şəxslərin saxlanılması üçün reydlər keçirir. Onların sözlərinə görə, belə şəxslər respublika prezidenti Serdar Berdiməhəmmədovun reputasiyasına kölgə salır.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, dilənçilərin saxlanması iyulun 10-dan başlayıb.
Yerli sakinlərin sözlərinə görə, dörd polis və bir Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşından ibarət qrup mikroavtobuslarla ticarət mərkəzləri, market, aptek və otellərin yaxınlığında dövrə vurur.
Məlumata görə, onlar dilənçiliklə məşğul olanları, o cümlədən əlilləri və uşaqları saxlayırlar.
Jurnalistlər nə polisdən, nə də Milli Təhlükəsizlik Nazirliyindən şərh ala bilməyiblər.
Lakin adının açıqlanmasını istəməyən yerli administrasiya nümayəndəsi bildirib ki, dilənçilər prezidentin imicinə zərər vurduqları üçün saxlanılıblar:
"Bu günlərdə sahilyanı ərazilərdə istirahət edənlər çoxdur. Onların arasında xarici ölkə vətəndaşları da var. Rəsmilər hesab edir ki, dilənçilər prezidentin reputasiyasına xələl gətirir. Buna görə də onları gizlətməyə çalışırlar. Bu, yuxarıdan verilən xüsusi göstərişlə baş verir".
Onun sözlərinə görə, ikinci səbəb dilənçilərin gündə 2000 manata qədər (rəsmi məzənnə ilə 572 dollar, qara bazar kursu ilə 100 dollar) qazanc əldə etməsi və bununla da respublika iqtisadiyyatına ziyan vurmasıdır.
Qurum rəsmisi əlavə edib ki, dilənçiliklə məşğul olanların əksəriyyəti işsizlər və ya onların qohumlarıdır. Amma hökumət onların problemlərinə diqqət yetirmək və vətəndaşların yoxsulluq həddinin necə aşağı düşdüyünü anlamaq istəmir.
Qeyd edək ki, Türkmənistan son bir neçə ildə işsizlik və əhalinin həyat səviyyəsinin aşağı düşməsi ilə müşayiət olunan iqtisadi böhran yaşayır. Yerli mətbuatın yazdığına görə, bunun nəticəsidir ki, ölkədə dilənçilərin və evsizlərin sayı kəskin artıb, oğurluq və soyğunçuluq hadisələri isə tez-tez baş verir.
İqbal Rzayev,
KONKRET.az

Siyasi       Tarix: 15 iyul 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler az xəbərlər son xeberler bugun 2026 azerbaycan valyuta mezenesi