"Tvente" "Qarabağ"ın kapitanını istəyib
"Qarabağ"ın kapitanı Maksim Medvedev Niderlandın "Tvente" və Qazaxıstanın "Astana" klublarından təklif alıb.
KONKRET.az xəbər verir ki, bu barədə 34 yaşlı müdafiəçi klubun rəsmi Youtub kanalında azarkeşlərin suallarını cavablandırarkən deyib.
O vurğulayıb ki, Niderland təmsilçisindən dəvət ona gənc yaşlarında gəlib:
"Həmin vaxt ölkə xaricində oynamağa hazır deyildim. Ona görə də bu cür təkliflərə çox diqqət yetirmirdim. Daha da inkişaf edib komandama xeyir vermək istəyirdim".
Təcrübəli oyunçu "Astana"dan isə UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış etdikdən sonra təklif aldığını söyləyib:
"Maraqlı variant idi. Müqavilədə böyük məbləğ yazılmışdı. Lakin məsləhətləşdikdən sonra "Qarabağ"da qalmağa qərar verdim".
Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən "Qarabağ"da çıxış edir.

Xalq artistinin nəvəsi dünyaya gəldi - FOTO
Məşhur müğənni ana oldu - FOTO
Serenay Sarıkaya sərbəst buraxıldı
Baba olan xalq artisti: "Arzum odur ki, mənim yolumu davam etdirsin
Bu qurumlarda Maliyyə Nazirliyinin nümayəndəsi təmsil olunacaq
Avstriya Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb
Ceyhun Bayramov İshaq Darla görüşdü
AccessBank qeyri-iş günündə müştərilərinə xidmət göstərəcək
Qarabağ' 8 min manat cərimə olundu
Bank of Baku-dan şəhid və qazi övladları üçün "RoboKəşf" təşəbbüsü – təlim və ekskursiya - FOTOLAR
Komfortlu səyahət üçün AZAL-dan baqajla bağlı faydalı məsləhətlər
Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olundu
"Qarabağ" yüksək məbləğdə cərimələndi
"Milan"ın hücumçusu antirekorda imza atdı