Üç azyaşlı anasının sevgilisi tərəfindən döyüldü - DİN-dən açıqlama
Sumqayıtda üç azyaşlı fiziki zorakılığa məruz qalıb.
KONKRET.az xəbər veri ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə öz feysbuk hesabında paylaşım edib. O bildirib ki, uşaqlar anasının sevgilisi tərəfindən döyülüb: "Ana sevgilisi ilə birlikdə narkotik aludəçisinə çevrilib. Uşaqları təhlükəsizlik baxımından xala ilə baba sığınacağa yerləşdirib. Narkotik aludəçisi cinayətini örtbasdır etmək üçün nələrə əl atmaz ki… 1 ildir ki, uşaqlar təhsildən yayınıblar".
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov "qafqazinfo"ya bildirib ki, faktla bağlı Sumqayır Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi (Qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işi başlanılıb:
"Azyaşlılara yetirilən xəsarət dərəcəsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib. Uşaqlara xəsarət yetirməkdə şübhəli bilinən T.Mehdiyevin saxlanılması istiqamətində tədbirlər aparılır. İstintaqın gedişindən asılı olaraq əmələ obyektiv hüquqi qiymət veriləcək".





Kurslar.az kurslar [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Bakıda kütləvi dava: bıçaqlananlar var