"Uduzmuşuqsa, rəqib daha yaxşı oynayıb" - Bojoviç
"Hər oyuna ciddi hazırlaşırıq. Bu matç da istisna deyildi. Lakin belə görünür ki, bugünkü qarşılaşmaya yaxşı hazırlaşa bilməmişik. Çünki altıncı dəqiqədə qapında qol görürsənsə, deməli, yaxşı hazırlaşmamısan".
KONKRET.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın 21-ci turunda "Sumqayıt" 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.
O, ilk hissədə zəif təsir bağışladıqlarını bildirib: "İkinci hissədə oyunu dəyişməyə çalışdıq. Daha fəal çıxış etdik. Lakin bu, matçın gedişatını dəyişmək üçün kifayət etmədi".
"Komandanızın oyunundan razısınızmı" sualını Bojoviç belə cavablandırıb: "Mən ilk növbədə özümdən razıyammı? Əvvəl özümdən razı qalmalıyam, sonra komanda barədə danışmaq olar".
Bojoviç məğlubiyyəti rəqibin oyunu ilə əlaqələndirib: "Sumqayıt"ın yaxşı oyunu məğlubiyyətimizə səbəb oldu. Bu gün uduzmuşuqsa, deməli, rəqib daha yaxşı oynayıb".
O, transfer çalışmalarından da söz açıb: "Bu sualı hansı məşqçiyə versəz, komandasının güclənməsini istəyər, mən də o cümlədən. Lakin reallıqları da nəzərə almaq lazımdır".
Mütəxəssis kapitan Emin Mahmudovun zəif çıxışına belə münasibət bildirib: "Eminin bir qədər zədəsi var idi. Ola bilər ki, bu da onun oyununa təsir edib. Boqomolski barədə isə bilmirəm nə deyim. Hər matç fərqli olur".
Bojoviç hələlik optimal heyəti formalaşdırmadığını vurğulayıb: "Yeni transferlər fiziki cəhətdən hazır deyillər. Optimal heyəti tapdığımı indidən demək olmaz. Komandada rəqabət var. İdeal 11-liyin axtarışındayıq. Kimin nəyə qadir olduğunu bilmək üçün hər kəsə şans verməliyəm".
Kurslar.az kurslar [newsid: 0-123300]

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto