UEFA avrokubokların yeni formatını təsdiqlədi
UEFA İcraiyyə Komitəsi 2024/2025-ci il mövsümündən qüvvəyə minəcək avrokubok yarışlarının yeni formatını təsdiqləyib.
KONKRET.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yeni formatda İsveçrə sistemindən istifadə olunacaq.
Çempionlar Liqasında iştirak edəcək klubların sayı 32-dən 36-ya yüksələcək.
Əlavə olunacaq 4 vəsiqədən biri öz çempionatında 3-cü, UEFA-nın milli assosiasiyalar reytinqində 5-ci yeri tutan kluba veriləcək. Çempionlar yolu ilə mərhələ adlayan komanda sayı 4-dən 5-ə artırılacaq ki, bu da qeyd edilən 4 vəsiqədən biri olacaq. Son 2 yeri klubları ötən il ən yaxşı mövsüm keçirmiş iki ölkəyə verəcəklər.
Bundan başqa, ölkəni avrokuboklarda təmsil edəcək komandaların sayı klub əmsallarına görə deyil, əvvəlki mövsümün uğurlarına görə müəyyənləşəcək. Çempionlar Liqasında qrup matçlarının sayını 10-dan 8-ə endiriləcək.
36 komanda vahid liqada yarışacaq. Rəqiblər mövsümöncəsi reytinq mövqeləri əsasında müəyyənləşəcək. Səkkiz ən yaxşı klub avtomatik olaraq turnirin 1/8 finalına çıxacaq, daha 16 komanda 1/8 finala vəsiqə qazanmaq üçün 2 oyundan ibarət pley-off matçları keçirəcəklər.
Oxşar dəyişikliklər Avropa Liqası və Konfrans Liqasında da tətbiq olunacaq.

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək