UEFA Avropa Liqası: "Qarabağ" ilk qələbəsini qazandı - YENİLƏNDİ

UEFA Avropa Liqası: "Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanıb.
KONKRET.az xəbər verir ki, Ağdam təmsilçisi IV tura təsadüf edən oyunda Norveçin "Budyo Qlimt" kollektivini 2:1 hesabı ilə üstələyib.
Bude şəhərindəki "Aspmira" stadionunda baş tutan görüşdə hesabı təmsilçimiz açıb. 23-cü dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə diqqət mərkəzinə düşüb. Bununla belə, meydan sahibləri fasiləyə qədər "status-kvo"nu bərpa edib. 41-ci dəqiqədə Patrik Berq bərabərlik qolunun müəllifi olub. "Köhlən atlar"ın qalibiyyət qoluna isə Abdullah Zubir imza atıb. 59-cu dəqiqədə rəqib torunu silkələyən futbolçu "Qarabağ"a cari mövsüm avroliqada ilk qələbəsini qazandırıb.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiyi kollektiv Avropa Liqasında növbəti oyununu noyabrın 28-də Fransa təmsilçisi "Lion"a qarşı keçirəcək.
***
UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) – "Qarabağ" oyununda üçüncü qol vurulub.
KONKRET.azxəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda Ağdam təmsilçisi yenidən hesabda önə çıxıb – 2:1.
59-cu dəqiqədə Abdullah Zubir fərqlənib.
***
Patrik Berq 41-ci dəqiqədə hesabı bərabərləşdirir. "Qarabağ" "Bodo Qlimt"- 1:1
***
21-ci dəqiqədə Toral Bayramov fantastik qolla hesabı açır

***
Matç başladı
***
Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində IV tur matçına çıxacaq.
Milli.Az xəbər verir ki, Ağdam klubu səfərdə Norveç "Budyo Qlimt"i ilə qarşılaşacaq.
"Aspmira" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Matçı Portuqaliyadan olan hakimlər idarə edəcəklər.
Avropa Liqası, Liqa mərhələsi, IV tur
21:45. "Budyo Qlimt" (Norveç)  –  "Qarabağ" (Azərbaycan)
Hakimlər: Luiş Qodinyu, Ruy Teyşeyra, Pedro Almeida, Andre Narsişu (Portuqaliya)
Xatırladaq ki, Qurban Qurbanovun komandası 1-ci turda "Tottenhem"ə (0:3), 2-ci turda "Malmö"yə (1:2), 3-cü turda isə "Ayaks"a (0:3) məğlub olub.
***
Komandaların start heyətləri açıqlanıb.
"Qarabağ": Mateuş Koxalski, Abbas Hüseynov, Kevin Medina, Bədavi Hüseynov, Toral Bayramov, Yankoviç, Patrik Andrade, Kaşuk, Zubir, Addai, Olaviyo Juninyo
Ehtiyat heyət: Sadiq Məmmədzadə, Buntiç, Mateua Silva, Benzia, Bəhlul Mustafazadə, Leandro Andrade, Riçard Almeyda, Musa Qurbanlı, Aleksey İsayev, Marko Veşoviç, Nəriman Axundzadə
"Bodo Qlimt": Haykin, Şevold, Nilsen, Byortuft, Byorkan, Evyen, Berq (k), Saltnes, Zinkernaqel, Mikkelsen, Xeyre
Ehtiyat heyət: Brennbo, Vembanqomo, Qunnersen, Euklenn, Espeyor, Brustad-Fed, Helmersen, Myattya, Serli, Tomiç, Serensen, Juqel

İdman       Tarix: 08 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Batrakovun transfer qiyməti açıqlandı

"Qalatasaray"ın heyətinə qatdığı rusiyalı futbolçu Aleksey Batrakovun mümkün transferi ilə bağlı diqqətçəkən məqam ortaya çıxıb. -a istinadla xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin meneceri Vladimir Kuzmiçe

"Qalatasaray" "Ştutqart"ı Batrakovun dublu ilə məğlub etdi

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunları çərçivəsində "Qalatasaray" (Türkiyə) evdə "Ştutqart"ı (Almaniya) qəbul edib. KONKRET.azxəbər verir ki, İstanbulda keçirilən matç ev sahiblərini

"Sabah" Norveçdə "Vikinq"lə üz-üzə gəlir

"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. bildirir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv bu gün Norveçdə "Vikinq"in qonağı olacaq. Qarşılaşm

"Fənərbaxça" "Liverpul"u məğlub etdi

Futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV turun növbəti matçları keçirilib. report-a istinadən xəbər verir ki, ikinci oyun günündə daha 9 qarşılaşma baş tutub. "Sabah" səfərdə "Vikinq"i

"Fənərbağça"nın yeni baş məşqçisi bilindi – FOTO

"Fənərbağça"da baş məşqçi postu ilə bağlı Serxio Konseysaonun namizədliyi üzərində tam razılıq əldə olunub. xəbər verir ki, bu barədə "HT Spor" məlumat yayıb. Artıq portuqaliyalı mütəxəssis İstanbula dəvə

Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq

Azərbaycan milli komandasının heyətində Lixtenşteynlə keçiriləcək oyundan öncə dəyişiklik edilib. AFFA-nın saytına istinadən xəbər verir ki, 23 nəfərlik heyətə daxil olan Anton Krivotsyuk çənə nahiyəsində yaranmış iltihab

Millətlər Liqası: Türkiyə Belçikaya qarşı

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək. KONKRET.azxəbər verir ki, oyun günündə 8 qarşılaşma baş tutacaq. UEFA Millətlər Liqası. A Liqası, I qrup. 21:00. Türkiyə – Belçika;. 23:45. İtaliy

Timoteuş Puxaç "Sabah"dan gedir?

"Sabah"ın futbolçusu Timoteuş Puxaç gələcəkdə Polşanın "Lex" klubuna qayıtmaq istədiyini açıqlayıb. -a istinadla xəbər verir ki, 27 yaşlı müdafiəçi bu barədə "Meczyki" nəşrinə müsahibəsində danışıb

Abu-Dabidə qalmaqal: Usman Nurmaqomedov Merab Dvalişvilinin üzərinə hücum edib

Rusiyalı MMA döyüşçüsü Usman Nurmaqomedov Abu-Dabidə gürcüstanlı idmançı, UFC-nin keçmiş çempionu Merab Dvalişvili ilə insident yaşayıb. KONKRET.azxəbər verir ki, tərəflər arasında dava noyabrın 11-də otellərdən birinin foyesind


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbərlər oxu.az xeberler xeberler bu gun xabarlar