UEFA Avropa Liqası: "Qarabağ" məğlub oldu
"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
KONKRET.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda İsveçin "Malmö" klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 1:2.
***
UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" – "Malmö" (İsveç) matçında hesab bərabərləşib.
KONKRET.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın 19-cu dəqiqəsində "Malmö"nün futbolçusu Erik Botheym bərabərlik qolunu vurub – 1:1.
***
UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" – "Malmö" (İsveç) oyununda hesab açılıb.
KONKRET.az xəbər verir ki, "Qarabağ" hesabda önə keçməyi bacarıb.
15-ci dəqiqədə Juninyo hesabı açıb – 1:0.
***
UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunun "Qarabağ" – "Malmö" matçı başlayıb.
KONKRET.az xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir.
Qeyd edək ki, görüşü Anastasios Papapetrunun başçılıq etdiyi yunanıstanlı hakimlər briqadası idarə edir.
Xatırladaq ki, "Tottenhem"lə görüşdə 3:0 hesabı ilə məğlub olan təmsilçimiz hazırda Liqa mərhələsinin 35-ci pilləsində qərarlaşıb. İsveç təmsilçisi "Malmö" isə 30-cu sıradadır.
***
UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda bu gün Bakıda keçiriləcək "Qarabağ" – "Malmö" (İsveç) matçının start heyətləri bəlli olub.
KONKRET.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Qarabağ": Fabiyan Buntiç, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Julio Romao, Elvin Cəfərquliyev, Kevin Medina, Patrik Andrade, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Olavio Juninyo.
Baş məşqçi: Qurban Qurbanov.
"Malmö": Dahlin, Rösler, Yansson, Busanello, Pena, Yohansen, Larsson, Kristiansen, Botheim, Kiese Thelin, Berq
Baş məşqçi: Henrik Ridström
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:45-də start götürəcək.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İlham Əliyevin sosial media hesablarında paylaşım edildi – FOTO
Azercell-in dəstəyi ilə 100 gənc qadın sahibkarlıq və liderlik bacarıqlarını inkişaf etdirib
Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq
Dani Bolt "Qarabağ"dan getdi
Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi
"Neftçi" xorvatiyalı Viçko Şeveli heyətinə qatdı
Messi milli komandadakı karyerasını başa vurub
"Qəbələ" Kaxaber Sxadadze ilə yollarını ayırdı
Pezeşkian: İran Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlıdır
Nofəl İbrahimov vəfat etdi
AccessBank-da yeni dalğa – AccessRadio artıq yayımda
31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı
Qarabağda bədbəxt hadisə - 2 nəfər həyatını itirdi (FOTO)
Azərbaycanda oğul atasını öldürdü - 34 il sonra tutuldu
İlham Əliyev Lukaşenko ilə söhbət etdi