UEFA Çempionlar Liqası: "Qarabağ"dan möhtəşəm qələbə

UEFA Çempionlar Liqası: "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
KONKRET.az bildirir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II turda Danimarkanın "Kopenhagen" klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:0.
28-ci dəqiqədə Abdullah Zubir fərqlənib. 83-cü dəqiqədə Emmanuel Addai adını tabloya yazdırıb.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"ya qalib gəlib – 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə edib – 2:2.

22:33
Oyunda ikinci qol vuruldu.
KONKRET.az xəbər verir ki, 83-cü dəqiqədə "Qarabağ" hesab fərqini artırıb – 2:0. Emmanuel Addai baxımlı qola imza atıb.
22:12
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" – "Kopenhagen" oyununda ikinci hissə başlayıb.
KONKRET.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmada ilk hissədən sonra Ağdam təmsilçisi 1:0 hesablı üstünlüyə malikdir.
Görüşü niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edir.

21:40
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" – "Kopenhagen" oyununda ilk hissə başa çatıb.
KONKRET.az xəbər verir ki, komandalar fasiləyə 1:0 hesabı ilə yollanıblar.
21:20
Oyunda hesab açıldı.
KONKRET.az xəbər verir ki, 28-ci dəqiqədə Abdullah Zubir "Qarabağ"ı hesabda önə çıxarıb – 1:0.

20:47
Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. 
KONKRET.az xəbər verir ki, Ağdam klubu Danimarkanın "Kopenhagen" komandası ilə qarşılaşacaq.
Komandalar Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Oyunu Niderlanddan olan hakimlər idarə edəcək.
Matç saat 20:45-də başlayacaq.
UEFA Çempionlar Liqası Liqa mərhələsi, 2-ci tur
1 oktyabr 20:45. "Qarabağ" – "Kopenhagen"
Hakimlər: Serdar Gözübüyük, Ervin Zeinstra, Patrik İnia, Yannik Van Der Laan (Niderland)
Tofiq Bəhramov adına Respublika stadionu.
***
Komandaların start heyətləri açıqlanıb.
"Qarabağ": Mateuş Koxalski, Bəhlul Mustafazadə, Kevin Medina, Mateus Silva, Elvin Cəfərquliyev, Pedro Bikaylo, Kadi, Leandro Andrade, Abdullah Zubir (k), Oleksiy Kaşuk, Kamilo Duran
Ehtiyat heyət: Şahruddin Məhəmmədəliyev, Fabiyan Buntiç, Sami Mmae, Kris Kuaku, Nəriman Axundzadə, Emmanuel Addai, Dani Bolt, Musa Qurbanlı, Toral Bayramov, Abbas Hüseynov, Hikmət Cəbrayılzadə, Bədavi Heseynov
"Kopenhagen": Kotarski, Qabriel Pereyra, Xatsidiakos, Mukoko, Elyunussi, D.Larsson, Leraqer, Ueskas, Lopes, Robert, Dileyni (k)
Ehtiyat heyət: Runarsson, Buur, Qarananqa, Klasson, Sudzuki, Madsen, Zaqe, Melinq, Aşuri, Klem
***
Matç başladı.

İdman       Tarix: 02 oktyabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

ÇL: "Sabah" - "Slaviya" matçına satılan biletlərin sayı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək "Sabah" – "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. xəbər verir ki, bu barədə Report-a Azərbaycan təmsilçisini

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya komandanın qarşıdakı iki oyununda iştirak etməyəcək. xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında məlumat verib. 29 yaşl

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

Türkiyənin tanınmış hakimi həbs edildi

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Mərkəzi Hakimlər Komitəsinə qarşı aparılan istintaq çərçivəsində saxlanılan Türkiyə Super Liqasının hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel barəsində məhkəmə qəra

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb


yeni xeberler azerbaycan xeberleri son xeberler havanın temperaturu xəbər son xeberler bugun 2026 muharibe sou biznes