UEFA-dan İŞİD-in təhdidlərinə CAVAB

UEFA-dan İŞİD-in təhdidlərinə CAVABİŞİD-in terror təhdidlərindən sonra bu həftə Çempionlar Liqasının matçlarında təhlükəsizlik artırılacaq.
KONKRET.az BBC-yə istinadən xəbər verir ki, UEFA təhdidlərdən xəbərdar olduğunu lakin Madrid, Paris və Londondakı martçların planlaşdırıldığı kimi davam edəcəyini bəyan edib.
Qeyd edək ki, İŞİD-i dəstəkləyən bir media kanalı çərşənbə axşamı və çərşənbə günləri 1/4 final matçlarının keçirildiyi stadionlara hücumlara çağıran plakatlar dərc edib.
Həm Fransa, həm də İspaniya gücləndirilmiş təhlükəsizlik tədbirlərini təsdiqləyiblər.
Fransanın daxili işlər naziri Gerald Darmanin çərşənbə günü PSJ-nin Parisdə "Barselona" ilə oyununda "əhəmiyyətli dərəcədə gücləndirilmiş" təhlükəsizlik tədbirlərinin olacağını söyləyib. "Xatırladıram ki, cəmi on gün əvvəl İŞİD Münhen stadionunun şəklini paylaşdı və dedi ki, futbol oyunlarına ev sahibliyi edən idman obyektlərinə qarşı tədbir görülməlidir, bütün idman növləri hədəfə alına bilər. Çempionlar Liqasının futbol üçün nə qədər vacib olduğunu nəzərə alsaq, əlbəttə ki, biz tərəfdaşlarımızla əlaqədəyik", – fransalı nazir deyib.
İspaniya hökumətinin və idman nazirinin sözçüsü Pilar Aleqria Madriddə keçiriləcək oyunlar öncəsi "sakitlik" mesajı verib və "2000-dən çox polis və mülki mühafizə zabitinin" oyun keçiriləcək ərazilərə yerləşdiriləcəyini bildirib.
Bu həftə Madriddə iki oyun keçiriləcək. Çərşənbə axşamı "Real Madrid" "Mançester City" ilə, çərşənbə günü "Atletiko Madrid" Dortmund "Borussiya"sı ilə qarşılaşacaq
UEFA sözçüsü isə deyib ki, onlar oyunların keçiriləcəyi ölkələrlə sıx təmasdadır. "UEFA bu həftə UEFA Çempionlar Liqası oyunlarına qarşı irəli sürülən terror təhdidlərindən xəbərdardır və müvafiq ölkələrin səlahiyyətliləri ilə sıx əlaqə saxlayır. Bütün matçların müvafiq təhlükəsizlik tədbirləri ilə planlaşdırıldığı kimi keçirilməsi planlaşdırılır."
Xatırladaq ki, İŞİD tərəfdarı olan media kanal terror hücumları ilə bağlı çağırış edib və Londondakı Emirates Stadionu, Bernabeu Stadionu və Madriddəki Metropolitano Stadionu, eləcə də Parisdəki Parc des Princes Stadionunun görüntülərini nümayiş etdirib. (Apa)

İdman       Tarix: 09 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

Messi millidə son oyununu keçirdi

Argentina millisinin əfsanəsi Lionel Messi yığmadakı karyerasını başa vurub. apa-ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu milli komandada son matçını Beninə qarşı keçirib. Matç Argentinanın 3:0 hesablı qələbəsiylə baş

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər xeber saytlari son xeber az son xeberler bu gun