Ukrayna şahmatçılarına ŞOK QADAĞA

Ukrayna şahmatçılarına ŞOK QADAĞAUkrayna Şahmat Federasiyası milli komanda üzvlərinə hansı bayraq altında çıxış etmələrindən asılı olmayaraq Rusiya və Belarus idmançıları ilə əl sıxmamağı və şəkil çəkdirməməyi tövsiyə edib.
KONKRET.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə təşkilatın "Facebook" səhifəsində məlumat yayılıb.
"Şahmat qaydalarında nəzərdə tutulmayan təcavüzkar ölkənin nümayəndələri ilə ünsiyyətdən çəkinin",-deyə məlumatda bildirilir.
Bundan əlavə, federasiya ukraynalı şahmatçıları sosial şəbəkələrdə və müsahibələrində "dünya ictimaiyyətinə müharibənin davam etdiyini", "bir çox rus və belarusun ya öz ölkələrinin hakimiyyətini dəstəklədiyini", ya da "ukraynalıların qətllərini və soyqırımlarını səssizcə müşahidə etdiyini" xatırlatmağa çağırıb.
Ukrayna tərəfi həmçinin Beynəlxalq Şahmat Federasiyasına (FIDE) "Kremlin birbaşa qulluqçusu və Rusiyanın cinayətlərində şərik" hesab etdiyi Arkadi Dvorkoviçin rəhbərlik etməsi qəbuledilməz olduğunu diqqətə çatdırıb.
Arkadi Dvorkoviç üzdə Rusiyanın Ukrayna ilə müharibəsinin əleyhinə çıxış edən azsaylı rus məmurlarından biri sayılır. Ötən ilin martında Amerikanın "Mother Jones" jurnalına müsahibəsində Dvorkoviç müharibələrin insanın həyatda qarşılaşa biləcəyi ən pis şey olduğunu deyib.
Qeyd edək ki, FİDE daha əvvəl Rusiyanın Ukraynaya qarşı hərəkətlərini dəstəkləyən rusiyalı qrossmeyster Sergey Karyakini yarışdan kənarlaşdırıb. Moskva 2022-ci il Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etmək hüququnu itirib, Rusiya və Belarus komandalarına hətta neytral bayraq altında belə iştirak etmək qadağan edilib.//Musavat.com

İdman       Tarix: 30 iyul 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

"Oyun bir qədər çirkin alındı" - Dambrauskas

Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Neftçi" -"Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Neftçi"

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin


yeni xeberler son xeberler azerbaycan xeberleri cebheden xeberler valyuta mezennesi banklar en son xeberler bu gunun xeberleri