Ukraynanın müdafiə naziri Pentaqon rəhbəri ilə cəbhədəki vəziyyəti bir daha müzakirə etdi
Ukraynanın müdafiə naziri Rustem Umerov amerikalı həmkarı Lloyd Ostin ilə telefonla danışıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi özünün sosial media hesabında məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı Ukrayna və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın əsas istiqamətləri, cəbhədəki son vəziyyət və Kiyevə hərbi yardımın həcmi müzakirə olunub. Pentaqon rəhbəri Lloyd Ostin Birləşmiş Ştatların Ramştayn formatı çərçivəsində Ukraynanın müdafiəsi üzrə təmas qrupunun növbəti görüşünü planlaşdırmağa və Ukraynanı effektiv mübarizə üçün lazım olan vasitələrlə təmin etməyə hazır olduğunu təsdiqləyib.
Qeyd edək ki, Ukrayna və ABŞ müdafiə nazirləri arasında əvvəlki telefon danışığı ötən həftə baş tutmuşdu. Pentaqonun məlumatına görə, həmin danışıq zamanı Ukrayna cəbhəsində döyüş əməliyyatlarının dinamikası, Vaşinqtonun Ukraynaya hərbi yardımı və Rusiyanın orta mənzilli "Oreşnik" ballistik raketindən istifadəsi müzakirə edilmişdi./AZƏRTAC
Xidmetler [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu