Ulduz futbolçu İran ordusuna qoşulacaq
Yunanıstanın "Olimpiakos" klubunda çıxış edən və İran milli futbol komandasının aparıcı simalarından sayılan Mehdi Taremi ölkəsində baş verən hadisələr fonunda diqqətçəkən addım atıb.
KONKRET.azmilliaz-a istinadən xəbər verir ki, ABŞ və İsrailin İrana endirdiyi hücumlardan sonra 33 yaşlı hücumçu klub rəhbərliyinə vətənə dönmək niyyətində olduğunu bildirib. O, hərbi rəhbərlik və ordu ilə bir sırada dayanmaq, lazım gələrsə silaha sarılaraq ölkəsini müdafiə etmək istədiyini vurğulayıb.
Taremi qərarının qəti olduğunu gizlətməyib:
"Bu, vətənimin mənə ən çox ehtiyac duyduğu məqamdır. Xalqım təhlükə altındadır və mən onların yanında olmalıyam".
Məlumatda qeyd olunur ki, İran Futbol Federasiyası təcrübəli futbolçunu Yunanıstanda qalmağa və peşəkar karyerasını davam etdirməyə razı salmağa çalışır. Lakin hücumçu hələlik mövqeyini dəyişməyib.
Xatırladaq ki, Taremi daha əvvəl "İnter" və "Porto" kimi Avropanın tanınmış klublarında forma geyinib, vurduğu qollar və sabit oyunu ilə beynəlxalq arenada ad qazanıb. Hazırda isə "Olimpiakos"un heyətində Yunanıstan Super Liqasında məhsuldar çıxışı ilə seçilir.
Xidmetler [newsid: 0-123300]

Yağışa görə bu oyun təxirə düşdü
Azərbaycan millisinin heyətində dəyişiklik
Özgür Özəl İlham Əliyevi təbrik edib
Azərbaycanda inək və toyuqlarla bağlı yeni qərar – Məqsəd bu imiş
Qızıl ucuzlaşdı: Azərbaycanda qiymətlər aşağı düşəcək? – İqtisadçıdan AÇIQLAMA
Qızıl və gümüş bahalaşdı
Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı
Nuran yeni layihəsini təqdim etdi
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?
Şoyqu: Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil
Şimali Kiprin tanınması üçün... - Ərdoğan
Yardımlıda məktəb direktoru vəfat etdi
Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü