Umayra Tağıyeva: 'İyun ayının iki həftəsində 18 dəfə dolu yağıb

Umayra Tağıyeva: 'İyun ayının iki həftəsində 18 dəfə dolu yağıbİyunun əvvəllərində havanın temperaturu çoxillik normadan 1-3,5 dərəcə yüksək, iyunun 6-da isə 35 dərəcəyədək yüksələrək normadan 6,5 dərəcə çox olub. Müqayisə üçün ötən ilin iyun ayında 41 dərəcə isti qeydə alınıb.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
"Bu il iyunun 1-də isə havanın temperaturu 17.1 dərəcə isti qeydə alınıb, lakin son onilliklərdə ən minimal temperatur 2008-ci il iyunun 5-də 13.1 dərəcə isti olub. İyun ayının ilk 14 günü ərzində ümumilikdə ölkə ərazisində 5 gün (18 dəfə) dolu müşahidə edilib", - U.Tağıyeva bildirib.
Xidmət rəisi qeyd edib ki, iyun ayının 10-da isə soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində yağıntılar leysan xarakterli intensiv olub, çaylarda sululuq artıb, Tovuz, Daşkəsən və Goranboy rayonları ərazisindəki çaylardan sel keçib. May ayı ilə müqayisədə güclü küləklər daha az olub. Cəmi 5 gün küləyin sürəti 20 m/s-ə çatıb.
"Lakin yay fəslində Bakıda əsən şimal küləyi həm havada olan rütubətin, həm də temperaturun kəskin yüksəlməsinin qarşısını alır. Bu baxımdan, həftənin sonunadək gözlənilən hava şəraitini nisbətən əlverişli saymaq olar. Xəzri küləyinin üstünlüyü havanın temperaturunun paytaxtda kölgədə 31-33 dərəcədən yüksək olmayacağını təmin edəcək", - U.Tağıyeva əlavə edib.
U.Tağıyevanın sözlərinə görə, Aran bölgəsində 36 dərəcəyədək isti gözlənilir. Yalnız bəzi şimal və qərb rayonlarında 23-27 dərəcə isti fonunda lokal yağış yağacağı ehtimalı var.

Sosial       Tarix: 15 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbərlər bugun xeberler cəbhədən son durum xeber saytlari