Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Abşeron rayonunda qeyd edilib - FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Abşeron rayonunda qeyd edilib - FOTOLARAbşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir. Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak etmişdir. Tədbirdə iştirakçılar əvvəlcə Ümummilli Liderin adını daşıyan Parkda yerləşən abidəsinin önünə gül dəstələri düzmüş, xatirəsini böyük ehtiramla yad etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmişdir. 
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirmişdir ki, 2023-cü il Azərbaycan üçün mühüm tarixi hadisələrin ildönümü ilə əlamətdardır. Qeyd edilmişdir ki, bu il həm də  Milli Qurtuluş Gününün 30-cu ildönümü tamam olur. Eləcə də bu il Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin respublikamıza rəhbərliyinin 20-ci ili tamam olacaq. RİH başçısı vurğulamışdır ki, bu ilin ən mühüm əlamətdar hadisəsi isə heç şübhəsiz xalqımızın Ulu Öndəri, müasir Azərbaycan dövlətinin memarı, dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyidir. 2023-cü ilin respublikamızda "Heydər Əliyev İli" elan olunduğunu xatırladan başçı Ulu Öndərin xatirəsinə ehtiramın ifadəsi olan bu qərarın bütün cəmiyyətimizin minnətdarlığı ilə qarşılandığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Qeyd edilmişdir ki, Azərbaycan xalqı son yarıməsrlik tarixində nə nailiyyət əldə edibsə, onların müəllifi birmənalı olaraq Heydər Əliyevdir və onun dövlət fəaliyyətində bu gün də əhəmiyyətini qoruyan ideyalarıdır. Biz yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşuq. 
Azərbaycan inkişaf etdikcə, müstəqilliyini daha da möhkəmləndirdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, dövlətimiz qarşısında xidmətləri və fədakarlıqları daha dərindən dərk edildiyini vurğulayan Abdin Fərzəliyev bildirmişdir ki, Ümummilli Liderimiz fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmişdir. Bugünkü bütün nailiyyətlərimizin səbəbkarının məhz Ümummilli Liderimiz olduğunu önə çəkən RİH başçısı qürurla yaşadığımız müstəqil Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu demişdir. Qeyd edilmişdir ki, Azərbaycan Heydər Əliyevin müəllifi olduğu məqsədyönlü və müdrik siyasət nəticəsində mövcud inkişafa nail olmuşdur. Qarşıda bizi gözləyən daha böyük yüksəlişə də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev yolu ilə gedirik.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Abşeron rayonunda qeyd edilib - FOTOLARÜmummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Abşeron rayonunda qeyd edilib - FOTOLARÜmummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Abşeron rayonunda qeyd edilib - FOTOLARÜmummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Abşeron rayonunda qeyd edilib - FOTOLARÜmummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Abşeron rayonunda qeyd edilib - FOTOLARÜmummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Abşeron rayonunda qeyd edilib - FOTOLARÜmummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Abşeron rayonunda qeyd edilib - FOTOLARÜmummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Abşeron rayonunda qeyd edilib - FOTOLARÜmummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Abşeron rayonunda qeyd edilib - FOTOLARÜmummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Abşeron rayonunda qeyd edilib - FOTOLARÜmummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Abşeron rayonunda qeyd edilib - FOTOLARÜmummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Abşeron rayonunda qeyd edilib - FOTOLAR/ azxeber.com

Sosial     Baxılıb: 206   Tarix: 10 may 2023
f Paylaş

Oxşar xəbərlər

Ən çox qəlb qıran bürclər – kimlər emosiyalara daha sərt yanaşır?

Astroloji yanaşmalara görə, bəzi bürclər münasibətlərdə daha sərt davranışları və emosional məsafə saxlamaları ilə seçilir. Bu xüsusiyyətlər isə qarşı tərəfin qəlbinin qırılmasına səbəb ola bilər. Məlumata əsasən, Qoç bürc

Pulunu dollarlarla saxlayanlara ŞAD XƏBƏR

Yaxın Şərqdə davam edən münaqişə ABŞ dollarının mövqelərini daha da gücləndirib. Beynəlxalq ödəniş sistemi SWIFT-in məlumatlarına görə, mart ayında dolların qlobal hesablaşmalardakı payı 49,2%-dən rekord həddə – 51,1%-ə yüksəlib

"YouTube"dan yenilik

"Google" "YouTube" platformasında video məzmunu axtaran və təhlil edən çat "Ask YouTube" adlı eksperimental funksiyanı istifadəyə verib.  "Engadget"ə istinadən xəbər verir ki, yen

ADNA terrorundan 17 il ötür

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - red.) törədilən terror hadisəsindən 17 il ötür. . xatırladır ki, 2009-cu il aprelin 30-da səhər saatlarında ADNA-nın Bakı şəhər

"Bu, strateji baxışın və uzaqgörən siyasətin nəticəsidir" - Deputat

"Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı, sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı əlavə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan Sərəncam ölkədə həyata keçirilən sosialyönümlü siyasəti

Ağdərədə mina partladı - Xəsarət alan var

İşğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib. xəbər verir ki, bu haqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA

Qızıl almaq istəyənlərə PİS XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. KONKRET.azxəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyər

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı yenilik

Nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması haqqında məlumatın gömrük orqanlarına təqdim edilməsi qaydalarında dəyişiklik edilib.  Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye v

​"WhatsApp" ödənişli oldu - Məbləğ

"WhatsApp" istifadəçilər üçün yeni ödənişli funksiyanı istifadəyə verib. xəbər verir ki, Meta şirkəti "WhatsApp Plus" adlı abunə paketini test etməyə başlayıb. Məlumata görə, bu paket istifadəçilərə əlav


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler novruz bayramı xeber cəbhədən ən son xəbər