Uşaq bağçalarına elektron qəbul sistemi nə vaxt açılacaq? - VİDEO

Uşaq bağçalarına elektron qəbul sistemi nə vaxt açılacaq? - VİDEOMəktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı yeni yaradılan elektron sistemin ayın 15-dən sonra açılması planlaşdırılır. Valideynləri əsas narahat edən məqam isə qəbulun ərazi üzrə qeydiyyata görə aparılıb-aparılmayacağı ilə bağlıdır. Təhsil Nazirliyi qəbul mexanizmini hələ ki, açıqlamasa da, ekspertlər deyirlər ki, bağçaya elektron qəbul üçün müraciət edərkən uşağın yaşadığı yerlə qeydiyyatda olduğu ünvanın üst-üstə düşməməsi yer seçimində ciddi problem yaradacaq. 
Təhsil Nazirliyi Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə elektron qəbulun iyul ayının əvvəlindən başlanacağını bildirsə də, hələ ki elektron qəbul sistemi açılmayıb. Bu isə övladlarını uşaq bağçasına qoymaq üçün elektron qəbul sisteminin açılmasını gözləyən valideynlərin narahatlığına səbəb olub. Məktəbəqədər təhsil müəssisələrinə müraciət etmələrinə baxmayaraq, yerin olmaması ilə bağlı cavab alan valideynlərin ümidi yalnız elektron qəbul sisteminədir.
azxeber.com Xəzər xəbər-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Xəzər Xəbər"ə bildirib ki, uşaq bağçalarına elektron qəbul sisteminin hazırlanması üzərində işlər tamamlanmaq üzrədir:
Bağçalara elektron qəbulla bağlı valideynləri əsas narahat edən məqam isə qəbulun ərazi üzrə qeydiyyata görə aparılıb-aparılmayacağı ilə bağlıdır.
Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, uşaq bağçalarına qəbul elektronlaşarsa, məktəbəqədər təhsil müəssisəsinin yerləşdiyi ərazi üzrə qeydiyyatın əsas götürüləcəyi şübhəsizdir. Onun sözlərinə görə, valideynlə bağlı belə bir tələb irəli sürülməsə də, uşağın həmin ərzidə daimi qeydiyyatda olması vacibdir və bununla bağlı sistem abonent kodu tələb edə bilər. Həmçinin, həmin bağçada qeydiyyatda olan ailənin digər üzvünün şəxsiyyət vəsiqəsinin FİN kodu təqdim edilməklə qeydiyyat mümkün olacaq.
Kamran Əsədov onu da qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrinə qəbulun elektron qaydada aparılması əvvəllər mövcud olan süni sıxlığı aradan qaldıracaq.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemində qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunacaq. Bu baxımdan valideynlərə qeydiyyat prosesi başlayanadək uşaqları üçün şəxsiyyət vəsiqəsi əldə etmələri tövsiyə edilir.

Sosial       Tarix: 09 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


azerbaycan xeberleri son xeberler yeni xeberler hava son xeberler bugun axsam az xeberler valyuta