"Uşaqların oynadığı stadionları ləğv edib yerində şadlıq evləri tikmişik"

Azərbaycan milli komandası İslandiyaya 0:5 hesablı məğlubiyyətin ardından sabah Ukrayna qarşısına çıxır. Qələbə ümidləri sıfıra bərabərdir. Üstəlik, millimiz rəqiblə oyuna baş məşqçisiz çıxır. Belə ki, bu gün portuqaliyalı məşqçi Fernandu Santuş AFFA tərəfindən istefaya göndərilib.
Onu da qeyd edək ki, Ukrayna ilə oyun qalıb bir kənarda, hər kəs 4 gün öncəki İslandiya rüsvayçılığından danışır. Hətta təsəlli yeri kimi Ermənistanın Portuqaliyaya 0:5 hesablı məğlubiyyətinə üz tutanlar da az deyil. Hələ Türkiyənin İspaniyaya, Qazaxıstanın da Belçikaya 6:0-la "boyun əymələri"ni demirik.
KONKRET.az xəbər verir ki, musavat.com-un məlumatına görə, Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev ölkə futbolu barədə sərt açıqlamalar verib:
"Futbol dünyada yayılan ən geniş idman növüdür. Biz bu sahədə ən geridə qalanlar sırasındayıq. Futbol ölkəni tanıtmaq baxımından həm də böyük reklam və siyasətdir. Biz bu sahədə də geridə qalırıq. Niyə? Səbəblər çoxdur, dəfələrlə yazıldığı üçün təkrar etmirəm. Vəziyyəti dəyişmək üçün dövlət olaraq çox böyük imkanlarımız var".
Deputat futbolumuzun inkişafı üçün təkliflərini də verib:
"İslahat həm yuxarıdan, həm də aşağıdan aparılmalıdır. Bizdən fərqlidir avropalılar, işi iş bilənə tapşırır onlar…
Ən yaxşı yol vəsaiti peşəkarlara verib, onların işinə nəzarət etməkdir.
Uşaq futbolunu inkişaf etdirməliyik. Xaricdən mütəxəssis gətirməliyik. Seleksiya işləri aparmalıyıq, yerlərdə uşaqları seçməliyik. Hamı belə deyir. Düzdür, amma bu işlər də sistemli aparılmalıdır.
Yerlərdə necə uşaq seçək ki, bu uşaqların oynadığı stadionları ləğv edib yerində şadlıq evləri tikmişik. Yerli orqanlar gölə, bataqlığa zir-zibil, torpaq töküb satır, amma stadiona, uşaq bağçasına, məktəbə yer ayırmaq ağıllarına gəlmir.
Aydın məsələdir ki, yerlərdə stadionların olmaması həm peşəkar idmançılarımızın yetişməsinə mane olur, həm də gənc nəslin neqativ vərdişlərə (narkotik və s.) qoşulmasına səbəb olur.
Bir sözlə, həm yuxarıdan, həm də aşağıdan işimizi yenidən qurmasaq, bu futbol biabırçılığı davam edəcək. Mən optimistəm – əminəm ki, hər şey yaxşılığa doğru dəyişəcək. Futbolumuzun inkişafına mane olan adamları dəyişsək, çox şey dəyişəcək…"

İdman       Tarix: 09 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Messi millidə son oyununu keçirdi

Argentina millisinin əfsanəsi Lionel Messi yığmadakı karyerasını başa vurub. apa-ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu milli komandada son matçını Beninə qarşı keçirib. Matç Argentinanın 3:0 hesablı qələbəsiylə baş

Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu

Kriştiano Ronaldo dünyanın ən çox qazanan futbolçusu olaraq qalır. KONKRET.azxəbər verir ki, "Sportico" portalı 2026/27 mövsümünün yekunlarına əsasən ən çox gəlir əldə edəcək futbolçuların siyahısını hazırlayıb

Millətlər Liqası: Bu gün daha 10 oyun var

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək. xəbər verir ki, oyun günündə 10 matç baş tutacaq. UEFA Millətlər Liqası. 6 oktyabr. A Liqası, II qrup. 22:45. Xorvatiya – İspaniya;. 22:45. İngiltər

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər son xabar xeberler bugun 2026 hava durumu