Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?

Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?Azərbaycanda ailə daxilində əmlak bölgüsü və vərəsəlik məsələləri zaman-zaman mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlər müxtəlif səbəblərdən övladlarından birini mirasdan məhrum etmək, əmlaklarını isə digər övladlarına və ya başqa şəxslərə vəsiyyət etmək istəyirlər. 
Bəs qanunvericilik buna imkan verirmi? Valideyn övladını mirasdan tamamilə məhrum edə bilərmi?
azxeber.com xəbər verir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, şəxs öz əmlakını vəsiyyətnamə vasitəsilə istədiyi şəxsə vəsiyyət edə bilər.
Məcəllənin 1176-cı maddəsinə görə, vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum etmək hüququna malikdir. Bunun üçün qərarının səbəbini izah etməsi tələb olunmur.
Lakin qanunvericilikdə bu hüquqa müəyyən məhdudiyyətlər də nəzərdə tutulub.
Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəfat edən şəxsin uşaqları, valideynləri və həyat yoldaşı vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi pay almaq hüququna malikdirlər. Həmin pay qanun üzrə vərəsəlik zamanı onlara çatacaq hissənin yarısını təşkil edir.
Bu isə o deməkdir ki, valideyn vəsiyyətnamədə övladına heç bir əmlak qoymadığını göstərsə belə, övlad qanunla müəyyən edilmiş məcburi payını tələb edə bilər.
Bununla yanaşı, qanunvericilik müəyyən hallarda şəxsin məcburi pay almaq hüququndan da məhrum edilməsinə imkan verir. Mülki Məcəllənin 1203-cü maddəsinə əsasən, bunun üçün vərəsəlik hüququndan məhrumetməyə səbəb olan qanuni əsaslar mövcud olmalı və məsələ məhkəmə qaydasında həll edilməlidir.
Beləliklə, valideynin övladını vəsiyyətnamə ilə mirasdan məhrum etmək hüququ olsa da, bu, bütün hallarda övladın mirasdan pay almaq imkanının tamamilə aradan qalxması demək deyil.
Şahanə Ziyad

Sosial       Tarix: 21 oktyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər. Messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib. Lent iki bölməyə ayrılacaq: "Əlav

Qızıl almağa tələsməyin – Diqqətçəkən proqnoz

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, ABŞ dollarının məzənnəsi və geosiyasi proseslər qızıl bazarına təsir göstərən əsas amillər olaraq qalır. Son aylarda investorlar arasında qiymətli metalın yenidən bahalaşacağ

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq

Oktyabrın 19-dan 21-dək Nizami rayonunun bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, fasilə su və tullantı sularının axıdılmas

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu barədə -a İdarədən məlumat verilib. Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 19-da Bakı v

Banklar köhnə dollarları niyə qəbul etmir? – İqtisadçı səbəbi açıqladı

ABŞ dolları Azərbaycanda ən çox istifadə edilən xarici valyutalardan biridir. Son vaxtlar isə bəzi bankların köhnə seriyadan olan və ya cüzi zədələnmiş dollar əskinaslarını qəbul etməməsi vətəndaşların narazılığına yol açıb

Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda zəncirvari yol qəzası olub. Hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb. Belə ki, "Hyundai", "Audi" və iki "Kia" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər; 2001-ci i

"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib. xəbər verir ki, Çingiz Bayramov cavabınd

Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR

Azərbaycanın İraqdan "Aİ-92" markalı benzin tədarük etməsi diqqət çəkib. Neft hasil edən ölkə olmasına baxmayaraq, Azərbaycanın müəyyən növ yanacağın xaricdən alınması bu tədarükün səbəbləri, həcmi və iqtisadi əsaslar


azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycanda son xeberler apa.az xeberler bugünkü son xəbərlər maşın realiti şou