Vasif Talıbov YAP-dan çıxarılır?

Vasif Talıbov YAP-dan çıxarılır?Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun personası ətrafında yaranmış müzakirələr səngimək bilmir. Naxçıvandan ard-arda həbs xəbərlərinin gəlməsi Talıbovu və yaxın ətrafını gündəmdən düşməyə qoymur. 
V.Talıbovun qeyri-rəsmi toxunulmazlığının qaldırılmasından, yəni onun fəaliyyətinin mətbuatda eninə-boyuna təftiş edilməsindən sonra bir çox dillərdəki "qıfıl" götürülüb. 
İndi təkcə Talıbovların zülmündən əziyyət çəkən sıravi naxçıvanlılar deyil, tanınmış politoloqlar, analitiklər, hətta Milli Məclisin deputatları da muxtar respublikada baş verən qanunsuzluqları dilə gətirirlər. 
Qeyd edək ki, Vasif Talıbovun Bakıya gəlməsindən və məlum olmayan səbəblər üzündən Naxçıvana qayıda bilməməsindən sonra bu müzakirələr daha da qızışıb. 
Ali Məclis sədrinin postundan uzaqlaşdırılmasını deyil, hətta onun cəzalandırılmasını tələb edən adamların sayı sürətlə artır. 
"Yeni Sabah"ın əldə etdiyi məlumata görə, Vasif Talıbovla bağlı hakim Yeni Azərbaycan Partiyasının yuxarı eşelonunda da müzakirələr aparılıb. 
YAP rəhbərliyində təmsil olunan bəzi şəxslər onun partiya sıralarından uzaqlaşdırılmasını tələb ediblər. Gərgin keçən müzakirələrdən sonra bir qədər gözləməyə qərar verilib. YAP-dakı mənbə sayta deyib ki, İdarə Heyətinin üzvləri Vasif Talıbovla bağlı qeyri-müəyyənliyin aradan qalxmasını gözləyirlər. Onun sözlərinə görə, Ali Məclis sədrinin tutduğu postdan uzaqlaşdırılması onun YAP sıralarından xaric edilməsi ilə nəticələnəcək.
Bildirək ki, V.Talıbov YAP Naxçıvan MR təşkilatının sədri və eyni zamanda partiyanın İdarə Heyətinin üzvüdür. Onun bir müddət əvvəl partiyanın yaradılmasının 30 illik yubileyi münasibəti ilə Bakıda keçirilən tədbirə buraxılmaması da yaxın zamanlarda onun partiya ilə yollarının ayrıla biləcəyi ehtimalını yaradırdı.
///Yenisabah.az  / azxeber.com

Siyasi       Tarix: 19 dekabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber.az son xeberler bugun xeberler azerbaycan sonxeberler