Vasif Talıbovun Bənəniyar Cinayətləri - Culfa rayon sakini gənc qız fahişəliyə necə cəlb olundu

Vasif Talıbovun Bənəniyar Cinayətləri - Culfa rayon sakini gənc qız fahişəliyə necə cəlb olunduCulfa rayon sakini gənc qız fahişəliyə necə cəlb olundu?
2020-ci ildə Naxçıvanın Culfa rayonunda inanılmaz bir hadisə baş verib.
Məlumata görə, rayonun Bənəniyar kənd sakini Günay Cabbarova İlqar qızı (ad şərtidir) kəndin sahə müvəkkili Orxan Əsgərov (həqiqi adıdır) tərəfindən zorlanıb. Özü də harda? – Polis məntəqəsində.
Rayon polis şöbəsinə şikayət gedən Günayın qarşısına həmin təcavüz hadisəsinin videosu qoyulub və qız videonun yayılması ilə təhdid edilib. Ondan atası tərəfindən zorlandığına dair ifadə alınıb. Maraqlıdır ki, öz qızına təcavüzlə günahlandırılan ata məsuliyyətə cəlb olunmayıb və ona dərhal Naxçıvanı tərk etməsi barədə göstəriş verilib. Bu faktın özü də ittihamın saxta olduğuna dəlalət edir. Hazırda ata İlqar Cabbarov Bakıda yaşayır.
Daha sonra Culfanın Kırna kənd nümayəndəsi Səid müəllimin himayəsinə verilən Günay "xanzadə" Seymurun restoranlarından birində fahişəliyə cəlb olunub. Günayın yaxın qohumlarının etirazlarından çəkinən Seymur onu akademikbaşı "Pəncov" İsanın oğlu Səhət Həbibbəyliyə satıb. Bu qul alverindən sonra Günay Səhət Həbibbəyliyə məxsus "Dan yeri" şirkətinə aid restoranlarda və istirahət məkanlarında işləməyə başlayıb. Hazırda da öz "əmək fəaliyyətini" Səhətin obyektlərində sürdürür.
Qeyd edək ki, aldığımız bu məlumatı Günayın atası İlqar da təsdiqləyib. Qızının başına gətirilən oyunlarla bağlı indiyədək mübarizə aparmasına baxmayaraq, heç bir nəticə əldə edə bilmədiyini vurğulayıb. İlqar Cabbarov Naxçıvanda baş verən siyasi dəyişikliklərdən sonra bu mübarizəsini daha rahat davam etdirə biləcəyini bildirib.
Dediyinə görə, bu zamanadək o və ailəsi dəfələrlə ölümlə hədələnib.
Naxçıvan MR DİN sahə müvəkkili Orxan Əsgərovu qorumaq üçün Bənəniyar kəndindən Nehrəm kəndinə transfer edilib. Bir sözlə, qadın ticarəti mafiyasının əsas fiqurlarından olan polis əməkdaşı Naxçıvan MR DİN tərəfindən himayə olunur.
P.S. Naxçıvan MR DİN-in bu iddialarla bağlı təkzibi olarsa əlimdəki səs yazılarını, videoları və s. dəlilləri yaya bilərəm.
Elmar Hüseynov / konkret.az

Hadisə       Tarix: 25 dekabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi

Paytaxtın Xətai rayonunda kafelərin birində "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Ceyhun Mirağayevin ölümü ilə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısına çıxarılıb. -ınəldə etdiyi məlumata görə, ölüml

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı "AzSamand"


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal xeber xəbər az cəbhədən son durum en yeni xeberler