Venesuela Azərbaycana başsağlığı verdi
Venesuela Tehrandakı səfirliyinə hücumla bağlı Azərbaycana başsağlığı verib.
KONKRET.az xəbər verir ki, bu barədə Venesuelanın Azərbaycandakı səfirliyi "Twitter" səhifəsində yazıb.
"27/1/2023-cü il cümə günü səhər saatlarında diplomatik nümayəndəliyə hücum nəticəsində həlak olan Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Yaralanan şəxslərin tezliklə sağalması üçün dua edirik", – deyə bildirilib.
Xatırladaq ki, 27 yanvar Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür