Vərəsə olmayan ailə üzvündən kredit borcu tələb edilə bilərmi? — Ekspertdən AÇIQLAMA

Vərəsə olmayan ailə üzvündən kredit borcu tələb edilə bilərmi? — Ekspertdən AÇIQLAMABankdan kredit götürən şəxsin vəfat etməsi bəzi hallarda onun ailə üzvləri üçün də maliyyə öhdəliyi məsələsini gündəmə gətirir. Xüsusilə belə hallarda vərəsəlik məsələsi mühüm əhəmiyyət daşıyır. Lakin şəxsin vəfat edən şəxslə ailə bağının olması avtomatik olaraq onun kredit borcuna görə məsuliyyət daşıması deməkdirmi? Vərəsəlik hüququ olmayan şəxsdən borcun tələb edilməsi nə dərəcədə qanunidir və bu sahədə qaydaların gələcəkdə yumşaldılması mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, bu istiqamətdə qanunvericilik və məhkəmə təcrübəsi baxımından müəyyən qeyri-müəyyənliklər mövcuddur.
Vərəsə olmayan ailə üzvündən kredit borcu tələb edilə bilərmi? — Ekspertdən AÇIQLAMA"Vərəsəlik hüququnun tanınması anlayışı var. Vəfat edən şəxsin ailə üzvü olsa belə, əgər həmin şəxsə vərəsəlik hüququ tanınmayıbsa, onun kredit borcunun digər ailə üzvlərindən tələb edilməsi doğru yanaşma deyil.
Bəzən vərəsə olmadığı halda belə, şəxs yalnız ailə üzvü olduğu üçün vəfat etmiş şəxsin kredit borcuna görə məsuliyyət daşımağa məcbur edilir. Hesab edirəm ki, bu kimi hallar hüquqi baxımdan mübahisələndirilməlidir", – deyə ekspert qeyd edib.
Razi Abbasbəylinin sözlərinə görə, problemin həlli üçün bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması vacibdir. Onun fikrincə, Ali Məhkəmənin məsələyə aydınlıq gətirən qərarının olması hüquqi mübahisələrin qarşısının alınmasına və vətəndaşların hüquqlarının daha effektiv qorunmasına kömək edə bilər.
"Bu məsələ uzun müddətdir müzakirə olunur. Lakin hüquqi aktların və Ali Məhkəmənin bu istiqamətdə məsələyə aydınlıq gətirən qərarının olmaması səbəbindən proses uzanır. Qanunvericiliyin sərt formada tətbiq edilməsindən banklar da sui-istifadə edə bilirlər", – deyə iqtisadçı bildirib.
Ekspert hesab edir ki, belə hallarda vətəndaşların mülkiyyət hüquqlarının qorunması xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, şəxsin yalnız vəfat edən şəxslə ailə münasibətində olması kredit borcuna görə avtomatik məsuliyyət yaratmamalıdır.
"Bunun nəticəsində əsas hüquqlar – mülkiyyət toxunulmazlığı, mülkiyyət üzrə öhdəliklər və digər hüquqi prinsiplərlə bağlı pozuntu hallarının yaranması mümkündür. Vərəsəlik hüququ olmayan şəxsin yalnız ailə üzvü olduğu üçün borclu vəziyyətinə salınması düzgün deyil", – Razi Abbasbəyli vurğulayıb.
İqtisadçının fikrincə, bu sahədə hüquqi qeyri-müəyyənliyin aradan qaldırılması və vahid məhkəmə praktikasının formalaşdırılması həm banklarla vətəndaşlar arasında yaranan mübahisələrin azalmasına, həm də mülkiyyət hüquqlarının daha effektiv qorunmasına imkan verə bilər.
Məsələnin gələcəkdə qanunvericilik səviyyəsində yumşaldılıb-yumşaldılmayacağı isə yeni hüquqi mexanizmlərin tətbiqindən və məhkəmə praktikasının hansı istiqamətdə formalaşacağından asılı olacaq.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 14 avqust 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı

Çində alimlər tərəfindən aparılan yeni elmi tədqiqat ev şəraitində içməli suyu təhlükəli mikroplastiklərdən təmizləməyin son dərəcə asan və effektiv yolunu üzə çıxarıb. Məlum olub ki, kran suyunu sadəcə qaynatmaq və xırd

Vo Thi An Suan ADNSU-da - FOTOLAR

Ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olub. Vitse-prezidenti səfər zamanı Preziden

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasedicilər

Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda zəncirvari yol qəzası olub. Hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb. Belə ki, "Hyundai", "Audi" və iki "Kia" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər; 2001-ci i

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyi


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər son xabar xeberler bugun 2026 hava durumu