Vətən müharibəsi dövründə Ermənistan hansı terror təşkilatının üzvlərindən istifadə edib?
Ermənistan Vətən müharibəsi dövründə muzdlu döyüşçülərdən istifadə edib.
azxeber.com xəbər verir ki, bununla bağlı sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində dövlət ittihamçısı Təranə Məmmədova ittiham aktını elan edən zaman danışıb.
O bildirib ki, təcavüzkar müharibəyə hazırlıq məqsədilə Vartanov Vladimir (Vova) Levanoviç yaratdığı "VoMa" adlı terror təşkilatının, habelə Fransa, Livan, Suriya Ərəb respublikaları, Rusiya Federasiyası və digər ölkələrin erməniəsilli vətəndaşların və müxtəlif terror təşkilatlarının üzvlərinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində silah-sursatlarla təmin edilməklə onlara qanunsuz silahlı hərbi təlimlər keçirilib.
Bundan başqa, "ASALA" terror təşkilatı, "PKK-PYD-YPG" terror təşkilatları, Fransa Respublikasının "Zouaves Paris" (ZVP) qruplaşması, "Daşnaksütyun" partiyasının, "Qara Pantera" hərbi qruplaşmasının və digər təşkilatların üzvləri də daxil olmaqla 2 min nəfərdən artıq xarici ölkə vətəndaşlarının Azərbaycana qarşı başlanılmış təcavüzkar müharibədə daha təcrübəli döyüşçü kimi iştirakını təşkil etmək üçün Ermənistan Respublikasının ərazisindən işğal altında saxlanılan Laçın dəhlizindən istifadə edilməklə Azərbaycan Respublikasının Xankəndi və Şuşa şəhərlərinə, Kəlbəcər, Xocavənd və digər yaşayış məntəqələrinə gəlmələri və Azərbaycana qarşı apardıqları hərbi əməliyyatlarda iştirak etmələri təmin edilib.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var